İdman

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək

Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Ümumdünya Şahmat Federasiyası (FIDE) qərar qəbul edib. Bildirilib ki, yarışa hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açıb, muxtar respublikada şahmatın inkişafı sahəsində görülən […]

Cəmiyyət

Şəhid İsmayıl Budaqlı Sabirabadda dəfn edildi – FOTO

Şəhid İsmayıl Budaqlının nəşi torpağa tapşırılıb. “Report”un məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhadətə ucalan, 24 yaşlı Budaqlı İsmayıl Məhərrəm oğlunun nəşi doğulduğu Axtaçı-Muğan kəndinə gətirilib. Şəhidlə boya-başa çatdığı evdə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Şəhid İ.Budaqlı kənd qəbristanlığında […]

Siyasət

Sahibə Qafarova Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanladı

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən təxribatla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. “Report” xəbər verir ki, Sahibə Qafarova tərəfindən Parlamentlərarası İttifaqın Prezidentinə və Baş katibinə, Avropa Parlamentinə, ATƏT PA-ya, MDB PA-ya, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, Asiya Parlament Assambleyasına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, GUAM PA-ya […]

Siyasət

Gürcü politoloqdan Ermənistana etiraz – VİDEO

“Azərbaycan ordusu Ermənistana layiqli cavab verdi”. Bu sözləri gürcü politoloq Quram Marxuliya Azərbaycan və Ermənistan sərhəddindəki gərginliklə bağlı Baku TV-yə açıqlaması zamanı deyib. “Hələ də sovet ittifaqında olduğunu düşünən Ermənistan, Rusiyanın ona kömək edəcəyinə inanır. Azərbaycan güclü, hərbi cəhətdən qüdrətli dövlətdir. Azərbaycan heç vaxt ermənilərin öz torpaqlarında təxribat törətmələrinə imkan verməyəcək”, – deyə Q.Marxuliya qeyd […]

Hüquq

“Səda TV” internet kanalının rəhbəri Elnur Şükürov həbs edilib – RƏSMİ

Baş Prokurorluğun İstintaq idarəsində Əvəz Zeynalov və Elçin Sadıqovun təqsirləndirilmələrinə dair cinayət işi üzrə aparılan istintaq gedişində “Səda TV” MMC-nin direktor müavini olmaqla eyniadlı internet kanalının faktiki rəhbəri Elnur Şükürovun qanunsuz əməlləri ifşa edilib. Prokurorluqdan verilən məlumata görə, istintaqla Elnur Şükürovun Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan 0.57 hektar torpaq sahəsinin və 168 […]

Müharibə

Ermənistan niyə mülki şəxsləri hədəf alır? – VİDEO

Azərbaycan ordusunun qarşısında aciz qalan Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi, hətta cəbhə xəttindən uzaqda qalan şəhərlərimizi raket və artirelliya atəşinə tutması onların insani hisslərdən məhrum olduqlarını göstərir. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Baku TV-yə açıqlaması zamanı bildirib ki, beynəlxalq ictimaiyyət, xaricdə olan böyük dövlətlər öz maraqlarına uyğun olaraq təbliğat edirlər. “Başa düşməliyik ki, müharibə […]

İdman

Lüdovik Blas: “Qarabağ”la oyuna hazırıq”

“Yol problem deyil. Uyğunlaşmaq üçün bir az tez gəldik. Tam olaraq matça hazırıq”. “Report”un məlumatına görə, bunu Fransanın “Nant” komandasının futbolçusu Lüdovik Blas “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib. 25 yaşlı yarımmüdafiəçi Yunanıstan “Olimpiakos”u ilə görüşdən sonra bəzi çətinliklərin olduğunu bildirib: “Buna baxmayaraq, sabahkı matçda yaxşı […]

Siyasət

Ceyhun Bayramov: “Azərbaycan Ermənistana birtərəfli qaydada humanitar atəşkəs təklif edib”

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında 14 sentyabr 2022-ci il tarixində görüş keçirilib. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin humanitar və mədəniyyət sahələri üzrə fikir mübadiləsi aparıb, ikitərəfli və […]