Şamaxı şəhərində 2005-ci il təvəllüdlü Vüsal qısqanclıq zəminində anası Nəzakəti (adlar şərti verilib – red.) öldürməyə cəhd edib. Teleqraf.com-un əldə etdiyi məlumata görə, Vüsal 9 oktyabr 2022-ci ildə, saat 20 radələrində anası Nəzakətin mobil telefonuna yüklənmiş “WhatsApp” mobil tətbiqdə tanımadığı kişi ilə sevgi məzmunlu yazışmalarının olduğunu görüb. Vüsal anasına öz iradını bildirib. Bu zaman Vüsal […]
Kriminal
Xocavənddə dörd polisin həlak olduğu terror aktını törədənlər saxlanılıblar
Xocavənddə dörd polisin həlak olduğu terror aktını törədənlər saxlanılıblar. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb. Qeyd olunub ki, sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı […]
Bakıda 26 yaşlı kişi qətlə yetirildi
Sentyabrın 24-ü saat 07 radələrində 1997-ci il təvəllüdlü Tərlan Mədətovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat daxil olub. Qeyd olunub ki, araşdırma zamanı 1999-cu il təvəllüdlü Səhrab Məlikovun Nəsimi rayonu, M.Qaşqay kücəsində yerləşən evdə tanışı Tərlan Mədətovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı […]
Bakıda qayınata kürəkənini bıçaqlayıb
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb. 1986-cı il təvəllüdlü Malik Hüseynov yaşadığı fərdi yaşayış evində qayınatası ilə dava edib. Dava zamanı qayınatası bıçaqla M.Hüseynova zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib. O, sağ budun kəsilmiş-deşilmiş xəsarətləri ilə cərrahi əməliyyat edilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma […]
Almaniyadan Azərbaycana ekstradisiya olunan şəxsin kimliyi məlum olub
Almaniyadan Azərbaycana ekstradisiya olunan şəxsin kimliyi məlum olub. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Elçin Mir Qasım oğlu Seyidlinin ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniyanın səlahiyyətli orqanları tərəfindən təmin edilib. E.Seyidlinin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, […]
Söyüşə görə əmisini öldürdü: Bakıda qandonduran CİNAYƏT – FOTO
2022-ci il sentyabrın 29-da Buzovna qəsəbəsi, R.Axundov küçəsində 1972-ci il təvəllüdlü Valeh Qədəşovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdən 30-40 metr aralıda aşkar edilib. Daxil olan məlumatla əlaqədar Xəzər Rayon Prokurorluğu tərəfindən məhkəmə-tibb ekspertinin eləcə də polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Həmin gecə şübhəli şəxs qismində mərhumun qardaşı oğlu […]
Bir cümləyə görə ailəsinə faciə yaşadan ata: Şəmkirdə dəhşətli hadisə – FOTO/VİDEO
Şəmkirin Çinarlı qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib. 1995-ci il təvəllüdlü Lalə Həsənova həyat yoldaşı tərəfindən çoxsaylı bıçaq zərbəsi alıb və hadisənin baş verdiyi evində keçinib. Onun övladı 2014-cü il təvəllüdlü Qumru Həsənova isə çoxsaylı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Həyat yoldaşına və azyaşlı qızına qıyan isə 1988-ci il […]
106 min manat dəyərində 84 ədəd notbuk və kompüter avadanlıqları oğurlayan üç nəfər saxlanılıb
Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən anbarlardan birindən oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, zərərçəkən polisə məlumat verərək naməlum şəxslər tərəfindən obyektdən 84 ədəd notbuk və digər kompüter avadanlıqlarının oğurlandığını, nəticədə ona 106 min manat ziyan dəydiyini bildirib. Qaradağ Rayon Polis İdarəsi və 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə […]
Bakıda sürücüyə qarşı soyğunçuluq edilib
Bakıda sürücüyə qarşı soyğunçuluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə olan 2 sərnişinin sürücünün 250 manat pulunu soyğunçuluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq […]
Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edilib – FOTO
Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edilib DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Keçirilən tədbir zamanı Sumaylı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 3 ton […]