Gürcüstan 2023-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 13,77 milyon ABŞ dolları dəyərində 3 980,90 ton canlı iribuynuzlu mal-qara ixrac edib. APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, Azərbaycana ixrac edilən məhsulun ümumi dəyəri illik ifadədə 4,42 milyon ABŞ dolları və ya 47%, həcmi isə 281 […]
İqtisadiyyat
Türk dövlətləri ötən il öz aralarında 33 milyard dollarlıq mal ixrac edib
2022-ci ildə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin öz aralarında həyata keçirdiyi ixracın dəyəri 33 milyard ABŞ dolları olub. “Report” xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda bildirib. Onun sözlərinə görə, bunun 3,8 milyard ABŞ dolları kənd təsərrüfatı məhsullarının payına düşüb: “Bu isə yetərli […]
Yaponiya son 30 ildə ilk dəfə BVF-nin ikinci ən böyük səhmdarı yerini itirə bilər
Tokio 30 ildə ilk dəfə olaraq müvafiq kvotalarda islahatlardan sonra Beynəlxalq Valyuta Fondunun (BVF) ikinci ən böyük səhmdarı kimi yerini itirə bilər. BMT-nin Baş katibi Antonio Quterreş əvvəllər beynəlxalq maliyyə arxitekturasında struktur islahatlarına, o cümlədən Dünya Bankı və BVF rəhbərliyində inkişaf etməkdə olan ölkələrin təmsilçiliyinin genişləndirilməsinə çağırıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da diqqəti […]
Məcnun Məmmədov türk iş adamlarına Ələt İqtisadi Zonası ilə bağlı çağırış edib
Türk iş adamları xüsusi investisiya güzəştləri təklif edən, yeni yaradılmış Ələt İqtisadi Zonasında əməkdaşlıq quraraq, beynəlxalq ixrac standartlarına cavab verən və müasir texnologiyalarla təchiz olunan, Türk Dövlətləri Təşkilatının brendinə çevriləcək birgə müəssisələr yaratmaq imkanlarını nəzərdən keçirə bilərlər. “Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda bildirib. “Hesab […]
Türk iş adamları Qarabağ və Şərqi Zəngəzura investisiya yatırmağa dəvət ediliblər
Azərbaycan hökuməti türk iş adamlarını Qarabağ və Şərqi Zəngəzurda investisiya imkanları ilə tanış olmağa dəvət edib. “Report” xəbər verir ki, hökumətin çağırışını kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda səsləndirib. “2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin yüksək iradəsi və rəşadətli ordumuzun əzmkarlığı sayəsində Azərbaycan 30 il işğal altında olan torpaqlarını […]
Nazir: “Kənd təsərrüfatı türk dövlətlərinin iqtisadi gücünün əsas mənbələrindəndir”
“Türk dövlətləri dünya miqyasında böyük iqtisadi gücə malikdir. Kənd təsərrüfatı bu iqtisadi gücün əsas mənbələrindən biri olmaqla bizim qədim tarixə malik məşğulluq sahələrimizdəndir”. “Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda deyib. “Sahib olduğumuz təbii ehtiyatlar, biomüxtəliflik, coğrafi yerləşmə və iqlim bizim aqrar potensialımızı daha da gücləndirir. […]
Azərbaycanda səkkiz ayda dövlət xətti ilə verilən ipoteka kreditinin məbləği AÇIQLANDI
Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 349,6 milyon manat kredit verilib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,8% çoxdur. Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 41,2% artaraq 312,2 milyon manat olub. İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 41,9% […]
Nazirlər Kabineti milli valyutanın transsərhəd daşınması barədə qərar verib – FOTO
Nazirlər Kabineti “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma forması”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Xeberal.az
Azərbaycanda bankların xalis mənfəəti 23% artıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 724,2 milyon manat xalis mənfəət əldə edib. Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 22,9% çoxdur. 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın bank sektoru 589,4 milyon manat xalis mənfəət əldə edib. Bu dövrdə bankların əməliyyat mənfəəti isə 25,2% artaraq 1064 milyon manata bərabər olub. […]
Vətəndaşlardan yeni beş qəpiklərin tədavülə buraxılmasına reaksiya – SORĞU + VİDEO
Azərbaycanda yenilənmiş 5 qəpiklik metal pul nişanları tədavülə buraxılıb. Xezerxeber.az xəbər verir ki, pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunub. Digər dizayn elementləri və texniki parametrləri isə hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb. Bəs görəsən 1, […]