ABŞ prezidenti Co Baydenin administrasiyası Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına silah satışını müvəqqəti olaraq dayandırıb. XəbərAl.az xarici mediaya istinadən xəbər verir ki, məlumatda yeni hökumətin yüksək dəqiqlikli silahların, o cümlədən F-35 qırıcılarının ərəb ölkələrinə satışı barədə qərarı yenidən gözdən keçirəcəyi bildirilir.
Dünya
29 milyon ABŞ dolları dəyəri olan qiymətli daş oğurlandı
Yaponiyanın paytaxtı Tokioda üç milyard yen (təxminən 29 milyon dollar) dəyərində yaqut oğurlanıb. Bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Hadisə qiymətli daşın satılması ilə bağlı danışıqlar zamanı baş verib. Hazırda polis qiymətli daşı oğurlayaraq hadisə yerindən uzaqlaşan iki nəfərin axtarışlarına başlayıb.
İtaliya peyvənd tədarükündəki gecikmələrə görə “Pfizer” və “AsraZeneca”nı məhkəməyə verəcək
“İtaliya koronavirusa qarşı peyvəndin tədarükünün gecikməsi ilə bağlı “Pfizer” və “AstraZeneca” şirkətlərini məhkəməyə verəcək”. Bu barədə RAI televiziyasına müsahibəsində İtaliyanın Xarici İşlər naziri Luici di Mayo danışıb. “AstraZeneca” və “Pfizer” müqaviləyə riayət etmir, biz məhkəməyə verəcəyik. Biz Avropa səviyyəsində əczaçılıq şirkətlərinə öhdəliklərini yerinə yetirməsi üçün təzyiq göstərəcəyik”, – deyə XİN rəhbəri bildirib. Nazir qeyd […]
Bu gün AŞ PA-nın qış sessiyası başlayır
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır. XəbərAl.az xəbər verir ki, sessiya yanvarın 28-dək davam edəcək. Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsı, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə post-monitorinq dialoqu, COVİD-19 vaksininin etik, leqal və praktiki tərəfləri, Xroniki və […]
“Simpsonlar” Harrisin seçiləcəyini öncədən görüb
Məşhur “Simpsonlar” cizgi serialının həvəskarları burada öncəgörmələr tapmaqda davam edirlər. Bu dəfə onlar 16 il öncə ekranlara çıxmış serialda ABŞ-ın yeni vitse-prezidenti Kamalla Harrisin obrazını aşkar ediblər. “EADaily” portalı xəbər verir ki, ölkə tarixinin ilk qadın vitse-prezidentinin andiçmə mərasimindəki geyimi cizgi filminin epizodlarının birində Liza Simpsonun geyimi ilə üst-üstə düşür. Onların hər ikisi bənövşəyi kostyumdadırlar […]
Dinozavrlar Aya NASA-dan əvvəl çatıb – İDDİA
Planetimizin yeganə peyki olan Aya ilk ayaq basan insan 1967-ci ildə NASA astronavtı Nil Armstronq olaraq bilinir. “Independent” xəbər verir ki, populyar elmi yazıçı Piter Brannen dinozavrların NASA-dan əvvəl Aya çatmış ola bilmək ehtimalının olduğunu deyib. Onun sözlərinə görə, dinozavrlar Yer peykinə 66 milyon il əvvəl çatmış ola bilər. Brannenin iddiasına görə, 66 milyon il əvvəl bir […]
İsraillə Livan arasında gərginlik: Ərəb ölkəsinə məxsus pilotsuz təyyarə vurulub
İsrail hərbçiləri ölkənin hava sahəsinə daxil olan Livana məxsus pilotsuz təyyarəni zərərsizləşdirib. “RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Rəsmi məlumatda qeyd olunur ki, İsrail ordusu ölkənin suverenliyini pozma cəhdinin qarşısını almaq istiqamətində fəaliyyətini davam etdirir. İnsidentin təfərrüatları barədə əlavə məlumat verilmir.
Koronavirusun ağciyərlərə yeni “giriş qapısı” aşkarlanıb
Alimlər koronavirusun ağciyərlərə daxil olmasının yeni yolunu müəyyən ediblər. Çinli tədqiqatçılar məqalələrini “Cell Research” jurnalında dərc ediblər. Onların sözlərinə görə, virus üçün ağciyər və bronx hüceyrələrinə “giriş qapısı” yalnız ACE2 zülalı (koronavirusun daxil olması üçün əsas kanal sayılır) deyil, AXL fermenti də ola bilər. Qeyd edilir ki, AXL – hüceyrələrin sağ qalması, diferensiallaşması və immunitet […]
Bağdadda onlarla insanın öldüyü terrorun görüntüləri – ANBAAN VİDEO
İraqın paytaxtı Bağdadda onlarla insanın ölümü ilə nəticələnən terror aktının baş verdiyi an kameralara düşüb. Bununla bağlı görüntüləri “Baza” “Telegram” kanalı yayımlayıb. Xatırladaq ki, Bağdadda Tayaran meydanında yerləşən bazarda iki partlayış baş verib. Nəticədə 31 nəfər ölüb, 70-dən çox insan yaralanıb. Partlayışlara səbəb kamikadzelərin özlərini partlatması olub. Ölü və yaralı sayının artacağı istisna edilmir.
Qırğızıstan hökuməti istefaya getdi
Qırğızıstanda Sadır Japarovun rəhbərlik etdiyi hökumət erkən prezident seçkilərindəki qələbəsindən sonra istefa verib. Bu barədə “RİA Novosti” ölkə başçısının mətbuat katibliyinə istinadən xəbər yayır. “Qırğızıstan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən parlament sədri (Toraqa) Talant Mamıtov Qırğızıstan Respublikası Baş Naziri və Qırğız Respublikası Hökumətinin səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzaladı”, – deyə bildirilir. Japarov 10 yanvar prezident […]