Dünya

Aİ Ukraynaya nə qədər pul xərcləyib?

“Avropa İttifaqının (Aİ) Ukraynaya yardım xərcləri 143 milyard avro təşkil edib”. Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ABŞ-nin keçmiş prezidenti Donald Trampın Aİ-nin Ukraynaya ABŞ-dən 100 milyard dollar az xərcləməsi ilə bağlı tənqidinə cavab olaraq bildirib. “Gəlin açıq danışaq. Avropanın Ukraynaya yardımı 143 milyard avro olub”, – Mişel  “X”-də (keçmiş “Twitter”) yazıb. Qeyd edək […]

Dünya

Qlobal müdafiə xərcləri rekord həddə çatdı

Qlobal müdafiə xərcləri ilk dəfə olaraq 2023-cü ildə iki trilyon dolları keçib. Bu barədə ABŞ-nin müdafiə texnologiyaları konsaltinq şirkəti “Forecast International”ın hesabatında bildirilir. Qeyd olunur ki, müdafiə xərcləri il ərzində 10,4% artıb. Hərbi ehtiyaclara ayrılan xərclərin 2,12 trilyon dollara yüksəlməsinin səbəbləri arasında Ukrayna və Qəzza zolağındakı münaqişələr, Qırmızı dəniz regionunda vəziyyətin gərginləşməsi kimi amillər var. […]

Dünya

Qazaxıstandan elektron siqaretlərə QADAĞA

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericiliyə elektron siqaretlərin idxalı, istehsalı və satışının qadağan edilməsini nəzərdə tutan dəyişiklikləri təsdiqləyib. Bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb. Ölkə rəhbərinin imzaladığı qanun elektron siqaretlərin və onunla bağlı məhsulların reklamına da qadağa qoyur. Düzəlişlər həmçinin bu qadağaların pozulmasına görə cinayət məsuliyyəti tətbiq edilir. Müvafiq düzəlişlər […]

Dünya

Haiti Fransadan milyardlarla təzminat tələb edir

Fransa Haitinin müstəqillik üçün əvvəllər ödədiyi “girovu” adaya qaytarmalıdır. Bu barədə Haiti vətəndaş cəmiyyəti qruplarının koalisiyası bəyanat yayıb. Bildirilib ki, təzminatlar milyardlarla dollar təşkil edir. Bəzi ekspertlər bu məbləği 21 milyard, bəziləri isə 150-200 milyard dollar həcmində hesablayıblar. Qeyd edək ki, Haiti 1804-cü ildə üsyandan sonra bölgədə müstəqillik qazanan ilk ada olub. Lakin Fransa daha […]

Dünya

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın işğal altında olan yeddi kəndindən […]

Dünya

Fuad Hüseynəliyev: “Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı məqbuldur”

“Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı məqbuldur”. Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “Baku TV”nin “Aktual” verilişində deyib. Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində artıq heç bir işi qalmayıb: “Burada rusiyalı əsgərlərin qalmasının heç bir mənası, məramı da yoxdur. Onlar bir müddət əvvəl minatəmizləmə işlərinə kömək etməyə başlamışdılar, lakin hesab edirəm ki, məhz bunun […]

Dünya

Riyakar Ermənistan, qərəzli Qərb və Azərbaycan həqiqətləri: “100 səhifəlik böhtan” – ŞƏRH + FOTO

Ermənistan Qərbdəki havadarlarının dəstəyi və birbaşa iştirakı ilə Azərbaycana qarşı növbəti çirkin, qərəzli kampaniyaya start verib. Bunun tərkib hissəsi kimi Beynəlxalq Ədalət Məhkəməsinə erməni hüquqşünaslar tərəfindən qondarma, başdan-ayağa Azərbaycanofob, saxta məlumatları əks etdirən “hesabat” daxil olub. Erməni mediası yazır ki, Haaqa məhkəməsi qarşısında toplaşan erməni lobbisinin fəalları 2020-ci ildə 44 günlük müharibə və 2023-cü il […]

Dünya

ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər

ABŞ Prezidenti Co Baydenin administrasiyası İsrailə bir milyard dollardan çox silah yardımı etməyi düşünür ki, bu, Qəzza zolağında əməliyyatın başlamasından bəri ən bahalı və İranla gərginliyin başlamasından bəri ilk yardım olacaq. Məlumata görə, yeni sövdələşmələr ABŞ Konqresində nəzərdən keçirilən yardım paketinə əlavə olaraq 700 milyon dollar dəyərində tank sursatının, 500 milyon dollar dəyərində hərbi maşınların […]