Rəmiş kimi tanınan xalq artisti, məşhur gitara ifaçısı, Rafiq Hüseynov dünyasını dəyişib. XəbərAl.az bildirir ki o, hepatit C mənşəli xroniki qaraciyər xəstəliyindən əziyyət çəkirdi. Bu günlərdə onun koronavirusa yoluxduğu barədə məlumat yayılmışdı.Allah rəhmət eləsin!
Author: Xeberal.az
Ərdoğan ilə İlon Mask arasında önəmli müzakirə
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla “SpaceX” şirkətinin banisi və baş direktoru İlon Mask arasında telefon danışığı olub. XəbərAl.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin İctimaiyyətlə əlaqələr üzrə İdarəsinin xəbərində deyilir. Qeyd edilir ki, Türkiyə prezidenti və şirkət rəhbəri əməkdaşlıq məsələlərini müzakirə ediblər. Danışıqlar zamanı əsasən Türkiyənin və “SpaceX” şirkətinin şəxsiləri ilə müxtəlif sferalarda, ilk […]
FED ilin ilk faiz qərarını açıqladı
ABŞ-da mərkəzi bank funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Sistemi (FED) dolların faizi barədə qərarını açıqlayıb. “Haber Global”ın məlumatına görə, maliyyə qurumu faiz göstəricisini əvvəlki kimi ən aşağı səviyyədə 0–0.25 dərəcəsində saxlamaq barədə səs çoxluğu ilə qərar qəbul edib. FED-in bu qərarı ölkədə iqtisadi stimullaşdırma tədbirlərinin hələ xeyli müddət davam edəcəyini proqnozlaşdırmağa əsas verir.
Ağstafa Rayon İcra Hakimiyyətinə yeni kadr təyinatları – Fotolar
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının aparatında növbəti kadr təyinatları olub. XəbərAl.az xəbər verir ki, Müşfiq Məmmədqulu oğlu Hüseynov başçının birinci müavini, Mirfərid Mirəsgər oğlu Mahmudov Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi və Elvin Namiq oğlu Pirquliyev Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifələrinə təyin olunublar. Qeyd edək ki, […]
Baş həkim Yusif Quliyev vəzifəsindən azad olundu
Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev tuttuğu vəzifədən azad olunub. XəbərAl.az xəbər verir ki, bu barədə baş həkimin özü açıqlama verib. Onun sözlərinə görə işdən ayrılmasını özü xahiş edib: “Bir müddət idi işdən azad edilməm barədə rəsmi müraciət etmişdim. Dünən reaksiya verildi və mən işdən azad edildim. Bakı şəhərindəyəm, ailəmin yanındayam. İşdən ayrılma […]
Bayden Səudiyyə Ərəbistanı və BƏƏ-yə silah satışını dayandırdı
ABŞ prezidenti Co Baydenin administrasiyası Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına silah satışını müvəqqəti olaraq dayandırıb. XəbərAl.az xarici mediaya istinadən xəbər verir ki, məlumatda yeni hökumətin yüksək dəqiqlikli silahların, o cümlədən F-35 qırıcılarının ərəb ölkələrinə satışı barədə qərarı yenidən gözdən keçirəcəyi bildirilir.
Rusiya ABŞ-a nota verdi
Rusiya Xarici İşlər Naziriliyi ölkədəki ABŞ səfirliyinə etiraz notası təqdim edib. XəbərAl.az TASS-a istinadən xəbər verir ki, sənəddə rəsmi Moskvanın ABŞ rəqəmsal platformalarında Rusiyaya qarşı yalan məlumatların yayılmasına qarşı əks tədbirlər görə biləcəyi qeyd olunur. “Amerika rəqəmsal platformalarında Rusiya barədə həqiqəti əks etdirməyən məlumatların kütləvi şəkildə yayılması müşahidə olunur. Bu məlumatların koordinasiyalı şəkidə yayılmasında ABŞ-ın […]
Bakıda təndir çörəyinin qiyməti bahalaşdı
Bakının bir sıra ərazilərində təndir çörəyinin qiyməti bahalaşıb. XəbərAl.az xəbər verir ki, paytaxt təndirxanalarında daha əvvəlki qiymətə çörək tapmaq çox müşkül görünür. Əsasən 50 qəpiyə aldığımız və bu qiymətə öyrəşdiyimiz təndir çörəyi indi 60 qəpiyə satılır. Qiymət artımı olmayan yerlərdə isə daha çox çörəyin çəkisində fərq var. Maraqlıdır ki, bahalaşma isə təkcə Bakıda deyil, paytaxtın […]
Moskva-Bakı reysləri ləğv edildi
“Aeroflot” şirkəti Rusiyadan bir sıra müntəzəm beynəlxalq uçuşları ləğv edib. XəbərAl.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib. Xəbərə görə, “Aeroflot” şirkəti bu qərarı mart-aprel aylarında koronavirus pandemiyası ilə əlaqədar davam edən məhdudiyyətlər səbəbindən verib. 28 mart-30 aprel tarixlərində ləğv edilən reyslərə Moskvadan Bakıya uçuş da daxildir.