Kriminal

İsmayıllıda narkokuryerlərdən avtomat və narkotik vasitələr götürüldü – FOTO

Sharing is caring!

İsmayıllıda narkokuryerlərdən “Kalaşnikov” avtomatı və müxtəlif növ narkotik vasitələr götürülüb.

XəbərAl.az xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlərlə  Vüqar Məmmədov, Amil Boyatov,  Zaur Şirinov və Səyyar Məmmədov saxlanılıb. Onlardan “Kalaşnikov” avtomat, daraq və 30 ədəd patron, eləcə də narkotik vasitə olan marixuana, heroin və metamfetamin aşkar edilərək götürülüb.  

Saxlanılanlar maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onlar odlu silah və narkotikləri əvvəlcədən razılaşdıqları yerə çatdırmalı imişlər. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir