İdman

Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək

Sharing is caring!

Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununu keçirəcək.

Oxu.Az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçisi olduğu komanda VI qrupdakı ilk matçında Polşanı qəbul edəcək.

Bakı İdman Sarayındakı qarşılaşma saat 20:00-da başlayacaq.

Görüşü Aslan Qalayevin başçılıq etdiyi qazaxıstanlı hakimlər idarə edəcəklər.

Polşa seçməsi ilk oyununda Yunanıstana qalib gəlib – 3:0.

Dünya çempionatı, seçmə mərhələ

7 oktyabr

20:00. Azərbaycan – Polşa

Baş hakim: Aslan Qalayev

Bakı İdman Sarayı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir