Cəmiyyət

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb. Müdafiə Nazirliyindən Oxu.Az-a bildirilib ki, ssenariyə uyğun olaraq, müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilən təlimlərə cəlb olunan bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıb, idarəetmə orqanlarının ərazidə açılması və maskalanması təmin olunub. Təlimlərdə müxtəlif tapşırıqların icrası […]

Cəmiyyət

Bakıda 19 yaşlı sürücü qəzada xəsarət alıb

Bakının Xətai rayonunda gənc sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, 2005-ci il təvəllüdlü yaşlı İlkin Rövşən oğlu Əsgərovun idarə etdiyi velosiped avtomobillə toqquşub. Hadisə zamanı xəsarət alan İ.Əsgərov təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Abşeronda avtomobil qəzası olub, xəsarət alan var

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, 1997-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Hüseynəliyev xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şahhüseynli kənd sakini Asif Eminov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Məlumata görə, həmin şəxsdən narkotik vasitə olan heroin aşkarlanıb. Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanıb, […]

Cəmiyyət

Qubada faciə: Həyat yoldaşını bıçaqlayan şəxs intihar etdi

Aprelin 26-da gecə saatlarında Quba rayonunda həyat yoldaşının qəsdən sağlamlığına ağır zərər vurmaqda təqsirləndirlən 1977-ci il təvəllüdlü Etibar Ağayev geyim lifi ilə həyatına qəsd edib. APA xəbər verir ki, ona göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, E.Ağayev bir müddət bundan öncə rayonun Birinci Nügədi kəndində ailə münaqişəsi zəminində […]

Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bakının 8 Noyabr prospektində təhlükəli vəziyyət yaranıb – FOTO/VİDEO

Bakının 8 Noyabr prospektində sürücülər üçün təhlükəli vəziyyət yaranıb. Oxu.Az-ın məlumatına görə, bitum maddəsini daşıyan “KamAZ” markalı avtomobilin yolda təkəri qırılıb və hadisə nəticəsində sözügedən maddə yola dağılıb. Yolda sıxlıq yaradıb. Bundan başqa avtomobilin qırılan təkəri də yolun ortasında qalıb. Bu da sürücülər üçün ciddi təhlükə yaradır. Qeyd edək ki, sözügedən ərazidə sürücülər üçün xəbərdarlıqla […]

Cəmiyyət

Gənc xanım rektora müşavir TƏYİN EDİLDİ

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə Oxu.Az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.  Bildirilib ki, “Mercedes-Benz Consulting” şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqramı məzunu Günay Kazımzadə SDU-nun “SABAH Magistratura Proqramları” üzrə rektor müşaviri təyin olunub. Əzizə İsmayılova Xeberal.az

Cəmiyyət

Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi – VİDEO

Vətəndaşları şantaj edərək pul tələb edən şəxsin sosial şəbəkələrdə səs yazısı yayılıb. Müxtəlif səs yazılarında “Emin Qoca” ləqəbli Emin Hüseynli polis idarələrinin adından istifadə edərək insanlara hədə-qorxu gəlib. O, telefonla danışdığı şəxsləri narkotik vasitələrin satışında ittiham etməyə çalışaraq onları şantaj edib.  E.Hüseynli həmçinin külli miqdarda narkotik vasitələri öz avtomobilində daşıması barədə fikirlər səsləndirərək danışdığı şəxslərə təsir edib. Səs yazısı […]

Cəmiyyət

Cəbrayıl uğrunda canını verən şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası DANIŞDI – VİDEO

Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi Rəşad Quliyev haqqında reportaj efirə gedib. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Rəşad Quliyev İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Qubadlı və Cəbrayılın azadlığı uğrunda döyüşlərdə savaşıb, oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Şəhidin anası Mətanət Quliyeva oğlu ilə bağlı xatirələrini bölüşərkən bildirib ki, Rəşad əsgərlərinə həmişə ata, […]

Cəmiyyət

Ağsuda həkimə və ambulans sürücüsünə xəsarət yetirən şəxs həbs olundu

Bir neçə gün öncə Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirən şəxs həbs olunub. “Qafqazinfo”nun məlumatına görə, əməli törətməkdə şübhəli bilinən rayon sakini Samit Hüseynov barəsində üç aylıq həbs qərarı verilib. Qeyd edək ki, hadisə aprelin 17-də baş verib. Həmin gün Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları – həkim-feldşer, 1962-ci il təvəllüdlü […]