Cəmiyyət manset

Vilayət Eyvazov bu rayona yeni polis rəisi təyin etdi

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Zaqatala rayonuna yeni rəis təyin edib. Nazirin əmri ilə bu posta Daşkəsən rayon Polis şöbəsinin rəisi polis polkovniki Vəfadar Orucov gətirilib. Qeyd edək ki, bunadək sözügedən postda Adil Ələkbərov olub. O, 3 gün öncə daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.(Qafqazinfo)

Cəmiyyət manset

“Bu cür təxribatlar yolverilməzdir” – Zakir Həsənov

“Mən Azərbaycan tankçılarının “Beynəlxalq Ordu Oyunları – 2019”da iştirakını yüksək qiymətləndirirəm. Azərbaycan tankçıları müsabiqəyə qatılan 30-a yaxın ölkə arasında finala çıxdılar. Dörd ən güclü komanda arasında bizim komanda da var. Bu artıq özü yüksək nəticədir”. Bunu “Report”a açıqlamasında Rusiyada səfərdə olan Azərbaycanın Müdafiə naziri Zakir Həsənov deyib. “Beynəlxalq Ordu Oyunları – 2019” müsabiqəsində Azərbaycana qarşı […]

Cəmiyyət Manşetüstü

Sabah ölkə ərazisində havanın temperaturu 37-39 dərəcəyə yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XeberAl.az-a verilən məlumata görə, havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 […]

Cəmiyyət Manşetüstü

Bakı metrosunda sərnişinin halı pisləşib

Bakı metrosunda orta yaşlı qadının halı pisləşib. XeberAl.az  xəbər verir ki, hadisə “28 May” və “Nizami Gəncəvi” metrostansiyaları arasında hərəkət edən qatarda baş verib. Qatar “Nizami Gəncəvi” stansiyasına çatdıqdan sonra, qadın vaqondan düşürülərək tibb işçilərinə təhvil verilib. Hazırda qadına tibbi yardım göstərilir.

Cəmiyyət manset

Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür – FOTOLAR

Bu gün Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının peşə bayramı günüdür. XeberAl.az xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür. 18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik […]

Cəmiyyət manset

Polis olmaq istəyənlər, DİQQƏT – Müsabiqə elan edildi

Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsi vakant mülki işçi vəzifələrinə (polisə ictimai dəstək) xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. DİN-dən XeberAl.az-a verilən məlumata görə, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 20-dən 25-dək, boyu 170 (qadınlar), 180 (kişilər) santimetr və yuxarı olan, özü və yaxın qohumları […]

Cəmiyyət Manşetüstü

Dövlət qulluğuna qəbul üçün imtahan keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir. DİM-dən XeberAl.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 383, BB qrupu üzrə 1118 […]

Cəmiyyət Manşetüstü

Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. XeberAl.az Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində […]

Cəmiyyət Manşetüstü

Azərbaycanın boru istehsalçısı cərimələndi

Bakı Apelyasiya Məhkəməsində “MET-AK” MMC-nin cərimə edilməsi barədə məhkəmə qərarından verilmiş şikayətə baxılıb. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda “MET-AK” MMCnin cərimə edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 iyul 2019-cu il tarixli qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans […]