Cəmiyyət

Azərbaycan Premyer Liqası: “Səbail” “Qəbələ” ilə qarşılaşacaq

Sharing is caring!




Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, son oyun günündə  “Səbail” “Qəbələ”ni qəbul edəcək. Görüşə saat 19:00-da start veriləcək.

Aktivində 42 xalı olan meydan sahibləri turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıblar. Qonaqlar 17 xalla sonuncudurlar. “Qəbələ”nin mövsümü sonuncu sırada başa vuracağı isə artıq dəqiqləşib.

Azərbaycan Premyer Liqası

XXXIII tur

19:00. “Səbail” – “Qəbələ”

Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə.

Hakim-inspektor: Vüsal Əliyev.

“ASCO Arena”

Qeyd edək ki, turun digər oyunlarında “Qarabağ” “Neftçi”ni 5:1, “Zirə” “Turan Tovuz”u 2:1, “Sabah” “Araz Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. “Kəpəz” – “Sumqayıt” görüşü isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Anar Həsənov  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir