Müsahibə

Politoloq Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərini müqayisə etdi

“Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması Moskva və Bakı arasında münasibətlərin sınağı oldu”. Bu fikirləri News.ru-ya müsahibəsində politoloq, Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov deyib. O vurğulayıb ki, iki ölkə arasında münasibətlər bu sınaqdan uğurla çıxıb. “Moskva ilə Bakı arasındakı münasibətlər bu çətin məqamda sınaqdan çıxdı və öz gücünü, faydalılığını təsdiq etdi. Sülhməramlıların çıxarılması vaxtından […]

Müsahibə

Ramdan Auraq: “Makron küsmüş şıltaq uşaq kimi davranır” – MÜSAHİBƏ

Paris bu həftə ölkəmizdəki səfiri Ann Buayonu geri çağırmaqla Azərbaycanla yeni gərginliyə başlamaq qərarına gəlib. Fransa tərəfi bu qərarının səbəbini “iki ölkə arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətlər” kimi göstərib. Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə xatırladıb ki, son illərdə, xüsusən də 44 günlük müharibədən sonra Fransa BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya təşkilatında […]

Müsahibə

İlham Əziz: “Qorbaçovu parodiya etmək üçün 17 dollara eynək almışdım” – MÜSAHİBƏ + FOTO/VİDEO

Hər kəs onu Azərbaycanın, xüsusilə Bakı toylarının məşhur parodiyaçısı kimi tanıyır. “Report” parodiyaçı, aktyor İlham Əzizlə müsahibəni təqdim edir: – Sizi parodiyaçı İlham Binəli kimi tanıyırıq, bəs siz parodiya etmək bacarığınızın olduğunu nə vaxt fərqinə varmısınız? – Uşaqlıqda məhəllə adamlarını parodiya edirdim. Parodiya deyəndə ki, onların tərzini açırdım, bütün məhəllə gülməkdən ölürdü. Sonra qərar verdim […]

Müsahibə

Neqoş Manoyloviç: “Kosovonun Avropa Şurasına qəbulu əvvəlki Avropanın sonu olacaq” – MÜSAHİBƏ

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Serbiya Respublikasının separatçı hissəsi olan Kosovonun Avropa Şurasına (AŞ) qəbul edilməsini tövsiyə edib. Yekun qərarı AŞPA-nın nazirlər orqanı verməlidir, lakin Avropa strukturlarının əvvəlki kimi Serbiyanın ərazi bütövlüyü prinsipini bir daha görməzlikdən gəlməsi ehtimalı olduqca yüksəkdir (və təkcə Serbiya Respublikasına münasibətdə yox). Belqrad hadisələrin bu cür inkişafından narahatdır. Aprelin 16-da Serbiya […]

Müsahibə

İran və İsrail arasında müharibə başlaya bilər? – Corc Dikdən AÇIQLAMA + VİDEO

Baku TV-də yayımlanan “Rəsmilər” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayının qonağı İsrailin Azərbaycandakı səfiri Corc Dik olub. Diplomat İranın son əməliyyatının arxasında duran əsas məqsədlərdən, İsrailin buna cavab olaraq atdığı təcili addımlardan danışıb. Proqramda İranla İsrail arasında baş verənlərin irimiqyaslı hərbi münaqişəyə çevrilib-çevrilməyəcəyi mövzusu da müzakirə olunub. Ətraflı süjetdə: Xeberal.az

Müsahibə

Lev Spivak: “Üçüncü dünya müharibəsi hələlik təxirə salınır” – MÜSAHİBƏ

Aprelin 14-nə keçən gecə İran İsrailə hücum etdi. Bu, İsrail tərəfinin Suriyanın paytaxtı Dəməşqdə yerləşən İranın konsulluq binasını atəşə tutmasına cavab idi. Xatırladaq ki, həmin hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli hərbçiləri öldürülüblər. Öz növbəsində İran İslam Respublikasının (İİR) hakimiyyət orqanları cavab tədbiri həyata keçirəcəklərinə söz vermişdilər. Cavab tədbiri gurultulu olsa da, effektiv […]

Müsahibə

Yevgeni Mixaylov: “Fransanın dünyada bir çox terror aktlarında əli var” – RUSİYADAN MÜSAHİBƏ

Aprelin 12-də Fransanın Rusiyadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Fransalı diplomata Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Stefan Sejurnenin Rusiya ilə bağlı verdiyi açıqlamaların qəbuledilməz olduğu bildirilib. Bir neçə gün əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronu və digər Qərb liderlərini “Crocus City Hall”dakı qanlı terror aktının sponsorları […]

Müsahibə

Gövhər Həsənzadə: “Hazırda yazılan bəzi musiqilər insan zehninə mənfi təsir göstərir – MÜSAHİBƏ + FOTO

“Mən gücünə güvənib, amma haqsız olanın o gücündən istifadə edib haqlı olanı əzən proseslərdə özümə nəzarəti itirə bilərəm”. Bu sözləri Oxu.Az-a müsahibəsində bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Gövhər Həsənzadə bildirib. Onunla müsahibəni təqdim edirik. – Bir zamanlar, daha dəqiq desək, 2000-ci illərin əvvəllərində bir mahnı bumu yaşanırdı Azərbaycan musiqisində. Amma o dövr sanki bir dalğa […]

Müsahibə

Andrey Kortunov: “Ermənistan rəhbərliyi üçün balansı saxlamaq çox çətin olacaq” – MÜSAHİBƏ

Aprelin 5-də ABŞ-Avropa İttifaqı-Ermənistan formatında keçirilən görüş Ermənistanın Qərbə doğru hərəkətinin sonuncu təzahürü deyildi. Brüsseldəki danışıqlardan sonra məlum olub ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının aprelin 12-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcək. Son günlərin artıq yuxarıda qeyd etdiyimiz diqqətəlayiq hadisəsi olan Brüssel görüşünə gəlincə, ABŞ və […]

Müsahibə

Firdovsi Fikrətzadə: “Fermerin torpağı əkib-əkmədiyini kosmosdan izləyirik” – MÜSAHİBƏ + FOTO

“Xüsusi vurğulanmalıdır ki, suvarma suyu dövlət tərəfindən böyük həcmdə subsidiyalaşdırılır. Əslində, min kubmetri dövlətə 35-40 manata başa gələn suyun min kubmetri sudan istifadə edən birliklərə 50 qəpiyə satılır, fermerlərə isə bir neçə manata. Bizdə suvarma suyunun qiyməti elə bildiyimiz “su qiymətinə”dir. Yəni həddindən artıq ucuzdur. Problem təkcə suyun ucuzluğunda da deyil, həm də bunun tənzimlənməməsindədir”. […]