Cəmiyyət

Azərbaycan-Tacikistan  dostluq telləri qırılmazdır

Sharing is caring!

       Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu gün Azərbaycanın xarici siyasətində biz bunun şahidiyik.  Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Qeyd edək ki, Prezident İlham Əliyevin son illər ərzində ərzində Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir. Bu baxımdan Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri və keçirilən görüşlər ölkələr arasında əməkdaşlığı yeni inkişaf səviyyəsinə yüksəldəcək.

        Səfər zamanı sənədlərin  imzalanma mərasimindən sonra dövlət başçılarının birgə mətbuat konfransı keçirilib. Dövlət başçıları bəyanatlarla çıxış ediblər. Cənab İlham Əliyevin deyib ki, səfərin nəticələrinə əsasən bundan sonra daha konkret addımlar atılacaq. Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ona görə ki, Tacikistan bizə yaxın ölkədir və sabitlik hökm sürən ölkədir. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir.  Bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur. Azərbaycan Prezidenti “Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır”, – deyərək gündəliyimizin kifayət qədər geniş olduğunu bildirib.   

         Reallıqlar son on ildə ilbəil yeni praktik məzmunla zənginləşən uğurlu qarşılıqlı fəaliyyət üçün əlavə şərait və zəmin yaradır. Həm Azərbaycan, həm də  Tacikistan xalqlarımızın rifahı naminə dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsi üçün var qüvvəsini sərf edəcək. Əminik ki, bu gün görülən işlər çoxşaxəli tərəfdaşlığımızın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək. Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir.

        Səfər zamanı təhsil, elm, mədəniyyət, incəsənət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olundu. Azərbaycan-Tacikistan mədəni əlaqələri məhsuldarlığı ilə seçilir. Ölkələrimiz arasında qarşılıqlı mədəniyyət günləri və kino həftəsi keçirilib. Belə ki, 2007-ci il dekabrın 18-22-də Azərbaycanda Tacikistan Mədəniyyət Günləri, bir il sonra noyabrın 9-12-də isə Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçirilib. 2015-ci il martın 9-12-də Bakıda Tacikistan kinosu günləri baş tutub. Mayın 20-də isə Bakıda Tacikistan Mədəniyyət Günlərinin açılışı olub, Bakıda Tacik Kino Günləri də təşkil edilib. Əminik ki, bu tədbirlər ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq.

Xanlar Mirzəyev,

Cəlilabad rayon Suvarma Sistemlər İdarəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir