Cəmiyyət

İki qardaş xalqın əlaqələri yüksək səviyyədədir

Sharing is caring!

         Mayın 23-dəTacikistan Prezidenti Emoməli RəhmonunAzərbaycana rəsmi səfəri ilə iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ gerçəkləşdi. Müzakirə olunan mövzuların mahiyyətinə, formasına, məzmununa əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün bünövrə olacaq. Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırıldı. Bir daha nümayiş etdirildi ki, İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək.

Prezident İlham Əliyev bu səfərin iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verəcəyini bildirərək Tacikistan və Azərbaycanın iştirak etdiyi beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birini dəstəklədiklərini və bu dəstəyin iki ölkə üçün çox əhəmiyyətli olduğunu vurğuladı. Prezident Emoməli Rəhmon isə iki ölkə arasındakı münasibətlərin getdikcə inkişaf etdiyini söyləyərək bildirdi ki, Tacikistan hökuməti qarşılıqlı maraq doğuran əməkdaşlığın bütün istiqamətləri üzrə məhsuldar fəaliyyətin genişlənməsində və dərinləşməsində maraqlıdır. Bu səfər zamanı əldə edilən razılaşmalar çoxşaxəli tərəfdaşlığı yeni məzmunla zənginləşdirəcək, daha yüksək və keyfiyyətli səviyyəyə çıxaracaq. Yeni razılaşmalar sənaye, energetika, nəqliyyat, aqrar sektor və turizm kimi iqtisadiyyatın baza sektorlarında uzunmüddətli əməkdaşlıq formalarının inkişafına təkan verəcək. Danışıqların nəticələrinə görə, imzalanan sənədlər zamanın tələbidir və əməkdaşlığın əsas sahələrini əhatə edir.

Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır. Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır.

Bildiyimiz kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin əsas istiqamətlərindən biri də xalqların rifahı naminə dövlətlərarası münasibətlərin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsidir. Elə bu səfər də çoxşaxəli tərəfdaşlığın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək,  yəni münasibətlər yeni inkişaf mərhələsinə yüksələcək, əldə edilən razılaşmalar qardaş xalqların dərin maraqlarına cavab verəcək və Tacikistan-Azərbaycan münasibətlərinin möhkəm təməlinə çevriləcəkdir.

Vahid Mirzəyev,

Cəlilabad RİH-nin şöbə müdirin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir