Cəmiyyət

Həyat işığı sönən gələcəyimiz: İki aya yeddi tələbəni itirdik – FOTO

Sharing is caring!


Azərbaycanda yanvar-mart aylarında yeddi tələbə bu və ya digər səbəbdən həyatını itirib.

Oxu.Az vəfat edən tələbələrin siyahısını təqdim edir:

Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Aytən İlkin qızı Musayeva sepsis infeksiyasından dünyasını dəyişib.

Azərbaycan Turizm və Menecment Universitetinin Turizm işinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi Raqib Rafiq oğlu Qədimov özünü asıb.

Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Xumar Nəcəfzadə imtahandan sonra halı pisləşməsi səbəbindən dünyasını dəyişib.

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin IV kurs tələbəsi Şahin Qərib oğlu Əliyev dünyasını dəyişib. Ölüm səbəbi açıqlanmayıb.

Odlar Yurdu Universitetinin Maliyyə ixtisasının 1-ci kurs tələbəsi olan Sürayə Elman qızı Canbaxışlı vəfat edib. Ölüm səbəbi açıqlanmayıb.

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Elçin Əliyev dəm qazından zəhərlənərək vəfat edib.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin IV kurs tələbəsi Rəqsanə Aydın qızı Əliyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir