Dünya

Türkiyə Milli Müdafiə Nazirliyi İspaniya ordusuna dair iddialara aydınlıq gətirib

Sharing is caring!

Bir sıra Türkiyə kütləvi informasiya vasitələrində və sosial şəbəkə səhifələrində ölkənin cənubunda, Suriya ilə sərhəddə yerləşən İskenderun şəhərinin İspaniya ordusu tərəfindən mühafizə edildiyinə dair məlumatlar dərc edilib.

Yayılan bu xəbərlərə Türkiyə Milli Müdafiə Nazirliyi münasibət bildirib.

Türkiyə Silahlı Qüvvələrinin məlumatında qeyd olunur ki, yuxarıda qeyd olunan iddiaların heç bir əsası yoxdur.

“Bəzi internet saytlarında və sosial media hesablarında İspaniya ordusuna məxsus zirehli texnikanın İskenderun və sahil bölgəsində patrul xidməti apardığına dair iddialar yer alıb.

Türkiyə Milli Müdafiə Nazirliyi olaraq bəyan edirik ki, bu iddiaların heç biri həqiqətə uyğun deyil. Görüntülərdəki şəxslər zəlzələdən sonra bölgəyə axtarış-xilasetmə işlərinə kömək üçün gələn İspaniya Silahlı Qüvvələrinin hərbçiləridir. Onlar Türkiyə ərazisində hər hansı mühafizə və nəzarət işini yerinə yetirmirlər”.

Mənbə: DHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir