Cəmiyyət

Sahibkar arvadını öldürən şəxsə hökm oxundu

Sharing is caring!

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Trend”in məlumatına görə, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Bayramov 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il sentyabrın 2-si saat 23 radələrində paytaxtın Nizami rayonu, M.Şərifli küçəsində 1995-ci il təvəllüdlü Ayşə Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ayşə Bayramovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vüsal Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir