İdman

Dünyanın ən qədim peşəkar futbol klubu dəyişə bilər

Sharing is caring!

İngiltərənin “Kristal Pelas” klubu dünyanın ən qocaman peşəkar futbol komandası olduğunu iddia edir.

Hazırda İngiltərə Futbol Assosiasiyası 1857-ci ildə yaradılan və qeyri-peşəkar divizionda çıxış edən “Şeffild”i dünyanın ən qocaman klubu hesab edir.

Peşəkar liqanın ən qədim klubu isə 1862-ci ildə qurulan “Notts Kounti”dir.

Peter Manninqin araşdırmalarından sonra “Kristal Palas” klubun emblemindəki yaranma ilini 1905-ci ildən 1861-ci ilə dəyişib. O zaman qurulan komanda ilk matçını 1862-ci ildə keçirib.

Klubun yarandığı bu tarix rəsmi olaraq tanınsa, “Kristal Pelas” dünyanın hazırda mövcud olan ən qədim peşəkar futbol klubu sayılacaq.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir