İdman

İtaliya A seriyası : “Yuventus” “Roma” görüşündə qalib müəyyənləşmədi – VİDEO

Sharing is caring!




İtaliya A seriyasında gecənin böyük maraqla gözlənilən görüşündə “Yuventus” “Roma” ilə üz-üzə gəlib.

Oxu.Az xəbər verir ki, gərgin mübarizə vəd edən matçda hesabı meydan sahibləri açıblar. 15-ci dəqiqədə Romelu Lukaku fanatlarını çoşdurub – 1:0. Amma məğlubiyyətlə barışmayan “qoca sinyora” hesaba tarazlıq gətirib. Bremer 31-ci dəqiqədə Kyezanın ötürməsini qolla tamamlayıb – 1:1.

Qeyd edək ki, aktivində 66 xalı olan “Yuventus” 3-cü pillədə qərarlaşıb. “Roma” 60 xalla 5-cidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir