Cəmiyyət

Hacıqabulda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

Sharing is caring!


Hacıqabul rayonunda baş verən ağır yol qəzasında iki nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Nəvahı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil hərəkətdə olan digər avtomobillə toqquşub.

Qəza nəticəsində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Rüfət Əlisurət oğlu Babayev və 1997-ci il təvəllüdlü Ramil Azər oğlu Kazımov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir