Dünya

“Wi-Fi” modem və routerlər dəyişdiriləcək: Yeni standart təqdim olundu

Sharing is caring!

Texnologiya nəhəngi “Intel” yarımkeçiricilər istehsalçısı “Broadcom” ilə birlikdə ilk dəfə olaraq Wi-Fi 7 (802.11be) standartı ilə uğurlu məlumat ötürülməsini nümayiş etdirib.

Sürət 5 Gb/s-dən çox olub ki, bu da “Wi-Fi 6” ilə müqayəsədə beş dəfə daha çoxdur.

Vurğulanıb ki, “Wi-Fi 7”nin fərqi sadəcə sürət artımından ibarət deyil. Yeni standart daha çox ötürmə qabiliyyətini və daha aşağı gecikməni təmin edir ki, bu da onlayn oyunlar və simsiz VR qulaqlıqlardan istifadə zamanı, həmçinin video axını üçün əvəzolunmazdır.

Eyni zamanda qeyd edilib ki, 5 Gb/s “Wi-Fi 7” üçün sürət limiti deyil və onu artırmaq da olar.

Mənbə: unian.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir