İdman

Qurban Qurbanovdan kövrələrək ayrıldığı futbolçusuna XÜSUSİ ZƏNG

Sharing is caring!


Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted”in (Tailand) Asiya Çempionlar Liqasındakı matçından sonra insident yaşanıb.

Çində “Çjetsyan” ilə qarşılaşmanın (3:2) ardından futbolçular arasında qarşıdurma olub.

R.Şeydayev də münaqişənin iştirakçısı olub və rəqib oyunçularla dava edib. Nəticədə o, qonaqların ən çox döyülən futbolçularından biri olub.

Sportinfo.az-ın məlumatına görə, millimizin üzvünə ilk dəstək verənlərdən biri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov olub.

Təcrübəli mütəxəssis hadisədən xəbərdaq olduğu ilk andaca sabiq yetirməsi ilə əlaqə saxlayıb.

O, R.Şeydayevə “Səninlə fəxr edirəm. Hər zaman gördüyümüz mərd Ramili gördük” deyərək dəstək göstərib.

Həm də bundan sonra daha səbrli olmağa çağırıb.

Legioner futbolçumuz isə özünü yaxşı hiss etdiyini bildirib və dəstəyi üçün Q.Qurbanova təşəkkür edib.

R.Şeydayev 2017/18 mövsümü və 2021-23 illəri aralığında Q.Qurbanovun rəhbərliyi altında “Qarabağ”da çıxış edib.

Q.Qurbanov bir neçə dəfə R.Şeydayevə olan xüsusi rəğbətini dilə gətirib.

O, hətta Ramilin sonuncu dəfə “Qarabağ”dan ayrılmasına kövrələrək reaksiya vermişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir