İdman

“Şamaxı”nın baş məşqçisi istefa verdi

Sharing is caring!


Azərbaycan 1-ci liqası təmsilçisi “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli istefa verib.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, o, bu gün 9-cu turda “Karvan”a məğlubiyyətindən sonra klub rəhbərliyi ilə görüşüb və ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib.

Müzakirədən sonra klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.

Qeyd edək ki, V.Əsgərli ötən ilin iyulundan “Şamaxı”nı çalışdırırdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir