Hüquq

Ziya Hüseynzadə: “İşi mənə qarşı qurublar ki, xidmət haqqımı ödəməsinlər”

Sharing is caring!

Ziya Hüseynzadə: “İşi mənə qarşı qurublar ki, xidmət haqqımı ödəməsinlər”

Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) külli miqdarda qanunsuz kredit almaqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Ziya Hüseynzadə bildirib ki, “HAND M AGRO” MMC milyonlarla qanunsuz krediti onun heç bir iştirakı olmadan Avropa Bankından birbaşa danışıq yolu ilə saxta sənədlərlə əldə edib. Buna görə “HAND M AGRO” MMC-nin direktoru Kənan Rəsulov barəsində Nərimanov rayon Məhkəməsində hökm oxunub.

Ziya Hüseynzadə məhkəməyə faktları təqdim edərək diqqətə çatdırıb ki Kənan Rəsulov Avropa Bankının kredit vəsaitlərində 737 min dolları bağlanmış Muğan Bankın Xəzər filialının müdiri Elman Hüseynlinin əli ilə Avropa Bankının və Azərbaycan respublikasının qanununun qadağalarına baxmayaraq, 4 günə qanunsuz nəğdləşdirərək mənimsəyib.

Onun sözlərinə görə, Həmçinin yazışmalardan görünür ki, Kənan Rəsulovun bu krediti qaytarmaq niyyəti olmayıb. Lakin Ziya Hüseynzadənin təşəbbüsü ilə açılmış yoxlama bu dələduzluq niyyətlərinin qarşısını alıb.

Təqsirləndirilən şəxs əlindəki faktları əsas gətirərək qeyd edib ki, Kənan Rəsulov Avropa Bankının tələblərini qarşılamaq məqsədilə özünün xanımı Marina Rəsulovanı şirkətin maliyyə müdiri kimi təqdim edərək, öz xanımını da saxtakarlığa qatmış və bunu özü də etiraf edib.

Onun sözlərinə görə, “HAND M AGRO” MMC və digər şirkətlər intiqam və dələduzluq məqsədləri ilə onun PKF şirkətinin müqavilə ilə görülmüş məsləhət xidmət haqlarını ödəməmək üçün istintaqı səhv istiqamətə yönəldib.

Sonda Ziya Hüseynzadə PKF audit konsaltinq şirkəti “HAND M AGRO” MMC və digər şirkətdən Ali məhkəmədə xidmət haqqının ödənilməsini tələb etdiyini vurğulayıb.

Mənbə: Xebernur.com

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir