Dünya

BMT-nin baş katibi dünya ölkələrini Pakistana kömək etməyə çağırdı

Sharing is caring!

BMT-nin baş katibi Antonio Quterreş şənbə günü Pakistanın Sind əyalətinin daşqından zərər çəkmiş bölgələrinə səfər edib və digər ölkələrin İslam Respublikasına yardım göstərməsinin vacibliyini vurğulayıb.

“BMT-nin Pakistan üçün etdikləri, edilməsi lazım olanların okeanında bir damladır”, – deyə Quterreş bildirib.

O, Pakistandakı fəlakətlə bağlı digər ölkələr arasında məlumatlılığın artırılması üçün səy göstərəcəyini və beynəlxalq ictimaiyyəti İslamabada təcili yardım göstərməyə çağıracağını vurğulayıb.

“Bu, sadəcə alicənablıq deyil, ədalət məsələsidir”, – BMT-nin baş katibi bəyan edib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Pakistanda iyunun ortalarından bu yana güclü musson daşqınları nəticəsində 1396 nəfər ölüb, 12728 nəfər xəsarət alıb, 1743345 evə ziyan dəyib. Daşqınların ölkəyə vurduğu zərərin 10 milyard dollardan çox olduğu təxmin edilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir