Müharibə

Gəncə faciəsinin ildönümü: “Qızım yadımdan çıxdı, Nilayı götürüb qaçdım” – VİDEO

Sharing is caring!


2020-ci il oktyabrın 11-də gecə saatlarında bütün yaşıdları kimi Nilay da ata-anasının qayğısı ilə yuxuya getmişdi. Ta ki, ermənilərin Gəncəyə, dinc sakinlərin yaşadıqları binaya raket atdıqları ana qədər. Partlayış nəticəsində ağzına, burnuna torpaq dolan Nilay nə olduğunu belə anlamamış atası dünyasını dəyişir. Anası isə dağıntılar altından çıxarılandan bir gün sonra xəstəxanada həyata gözlərini yumur.

Terrorun dəhşətli səsi hələ də qulaqlarında cingildəyən bətnində körpəsi olan qızını, kürəkənini torpağa tapşıran Sevil Babazadə deyir ki, Nilaya həm ana, həm ata olmağa çalışır.

2020-ci ilin 17 oktyabrı Gəncəyə atılan sonuncu raket zərbəsində Xədicə də ata-anasını, balaca bacısını itirdi, 3 gün gözünü aça bilmədi, uzun müddət danışıq qabiliyyətini itirdi. Bu faciənin üzərindən 3 il keçib və Xədicə hazırda birinci sinifdə oxuyur.

Xədicənin babası deyir ki, ona yaşadıqlarını unutdurmaq üçün əllərindən gələni edirlər. Amma hər şeyə rəğmən yaşadığı faciəni unutmur.

Xatırladaq ki, 2020-ci il 4, 5, 8, 11,17 oktyabr tarixlərində ermənilər ard-arda ən böyük şəhərlərimizdən olan Gəncəni raket atəşinə tutdular. Nəticədə 27 nəfər dünyasını dəyişdi, 125 nəfər yaralandı. Xədicə, Nilay…

Bu xalq sizin kimi neçə-neçə günahsız körpələrə edilənləri unutmadı, unutmayacaq və bu xalqın ordusu o məsum gözlərinizdəki təbəssüm heç sönməsin dəyə ayaqdadır. Yaşayın, parlayın, gələcəyiniz uğurlu, səmanız aydın olsun.

Ətraflı APA TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir