İdman

Oyun zamanı boğazı kəsilən xokkeyçi öldü – VİDEO

Sharing is caring!


“Pittsburq”un keçmiş hücumçusu Adam Consonun boğazı konki ilə kəsilib.

Xokkeyçi Britaniya Çağırış Kuboku çərçivəsində keçirilən “Nottingem Panthers” və “Şeffild Stilers” matçında zədələnib.

Rəqib öz ayaqqabısının altı ilə təsadüfən ev sahiblərinin oyunçusu olan Consonun boğazını kəsib.

Matç dərhal dayandırılıb və sonradan tamamlanmayıb. Tamaşaçılardan stadionu tərk etmələri tələb olunub.

Meydan sahiblərinin forvardı xəstəxanaya yerləşdirilib. 29 yaşlı xokkeyçi qan itkisindən xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, NHL-də Conson 2019/20 mövsümündə 7 oyun keçirib, 7 oyunda 2 (1+1) xal toplayıb.

Mənbə: kp.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir