Siyasət

Azərbaycan səfiri Türkiyə Prezidenti ilə görüşərək onu Cümhuriyyət Günü münasibətilə təbrik edib – FOTO

Sharing is caring!


Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbulunda iştirak edərək onu Cümhuriyyət Günü münasibətilə təbrik edib.

Bu barədə Azərbaycan Səfirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün səfir Rəşad Məmmədov Türkiyə Respublikası Prezident Kompleksində keçirilən qəbulda iştirak edib və cənab Prezident Rəcəb Tayyib Ərdoğana Cümhuriyyətin 100-cü ildönümü münasibətilə təbriklərini çatdırıb. Neçə belə yüzilliklərə, Türkiyə!”, – diplomatik missiya qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir