Müharibə

133,373 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib – FOTO

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun Ağdam rayonuna səfəri baş tutub. AZƏRTAC xəbər verir ki, səfərdə, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər. […]

Müharibə

Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”

“Tavuş və Qazax arasındakı ərazidə sərhədin delimitasiyası prosesi texniki cəhətdən başa çatıb”. Bu barədə Ermənistan Parlamentinin Müdafiə Komissiyasının sədri Armen Xaçatryan bildirib. O qeyd edib ki, texniki baxımdan tamamlama Ermənistan-Azərbaycan sərhədinin keçdiyi hissənin Alma-Ata bəyannaməsinə uyğun olaraq müəyyən və təsdiq edilməsi deməkdir. “Yəni, bu sütunlar Sovet Ermənistanı ilə Sovet Azərbaycanı sərhədindəki keçid məntəqələrində quraşdırılıb”, –  deyə Xaçatryan qeyd […]

Müharibə

Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” – MÜSAHİBƏ

Azərbaycan Prezidenti İlham Əliyev bu həftə bildirib ki, COP29-dan əvvəl (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının noyabrda Bakıda keçiriləcək) Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Həqiqətən də irəliləyişlər nəzərə çarpır. Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının iclasında 90-cı illərin əvvəlindən Ermənistan […]

Müharibə

Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifələrinin öhdəsindən layiqincə gəldi”

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi”. “Report” xəbər verir ki, bu sözləri Ağdamda yerləşən mərkəzin bağlanış mərasimində Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev deyib. O xatırladıb ki, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks-həmlə əməliyyatı keçirib. Azərbaycan Silahlı Qüvvələrinin Ali […]

Müharibə

Daha 140 nəfər doğma Füzuli şəhərinə qayıdır

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Oxu.Az-ın məlumatına görə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə – 140 nəfər köçürülür. Prezident, […]

Müharibə

Azərbaycan və Qazaxıstan birgə hərbi təlimlər keçirəcəklər – FOTO/VİDEO

Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini – Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Sultan Kamaletdinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qazaxıstan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli […]

Müharibə

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

“Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. “Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin və dini yerlərin dağıdılması ilə bağlı mütəmadi olaraq qarşılıqlı ittihamları nəzərə alaraq, biz Bakı və İrəvanı bu məsələni ikitərəfli danışıqların mövzusuna çevirməyə çağırırıq. […]

Müharibə

Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”

“Sərhəd sütununun quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində danışıb. “Düzünü desəm, mən şadam ki, biz sərhəd dirəyi quraşdırmışıq”, – deyə o vurğulayıb. Mənbə: Ermənistan KİV Xeberal.az

Müharibə

Xocalıda insan qalıqları aşkar edildi – FOTO

Aprel ayının 24-də işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insan qalıqlarının aşkar olunması barədə məlumat daxil olub. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumat yayıb. Bildirilib ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan […]

Müharibə

Zakir Həsənov komanda-qərargah təlimlərini izlədi, tapşırıqlar verdi – FOTO/VİDEO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər davam etdirilir. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.  Təlimlərə cəlb edilən hərbi hissələrin bölmələri həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək cəmləşmə rayonlarında tərtibləniblər. Müdafiə Nazirliyinin rəhbər heyəti ümumqoşun təlim mərkəzlərində keçirilən komanda-qərargah təlimlərinin gedişatını izləyib. […]