Cəmiyyət

İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı müsbətdir 

Sharing is caring!

         Son illər ərzində ölkə rəhbərlərinin artıq beşinci görüşü təşkil olunur. Bundan sonra da bu görüşlər olacaq. Bu görüşlərin həm mahiyyət üzrə çox böyük əhəmiyyəti var, həm də xalqlarımıza, bölgəyə və dünyaya ciddi mesajdır;

       İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik.

“Xudafərin” və “Qız Qalası” Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək. Stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək.

       Prezident İlham Əliyev cari ilin 19 may tarixində Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışında qeyd edib ki, iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi baxımından çətinlik, quraqlıq yaranır. Ona görə də torpaqlardan, enerjidən istifadənin önəmi daha da artır. Biz ənənəvi əkinçilik üsullarından daha müasir və modern üsullara keçməliyik. Buradakı iki elektrik stansiyasında 540 meqavat enerji istehsal olunacaq. Bu, su diplomatiyası sahəsində bənzərsiz bir layihədir. Bu layihə, əslində, səbəb olacaq ki, Azərbaycan və İrandan əlavə, digər qonşu ölkələrlə də su sahəsində əməkdaşlığımızı genişləndirək. Təbii ki, Araz çayı boyunca yerləşən ölkələr sudan və bundan əldə olunan enerjidən istifadə sahəsində əməkdaşlığı daha da artırmalıdır. Bu sahədə də Şimal-Cənub, Şərq-Qərb arasında memorandumlar imzalanır. Bu layihələr, eyni zamanda, “yaşıl enerji” sahəsində

ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir.

      “Bu gün haqqında danışdığımız bu bənd və eyni zamanda, su elektrik stansiyası bizim mühəndislərin zəhmətinin nəticəsidir. Çox istərdim ki, İran su şirkətinin və eyni zamanda, Azərbaycanın su sahəsində işləyən müvafiq şirkətlərinin işçilərinə təşəkkürümüzü bildirək. Onlar bu sahədə çox zəhmət çəkiblər. Eyni zamanda, bu layihənin sərmayədarlarına və podratçılarına da təşəkkür etmək istəyirik. Ümidvarıq ki, bu uğurlar ölkələrimizin yüksəlişinə xidmət edəcək” – deyə ölkəmizin başçısı vurğulayıb.

        Göründüyü kimi, “Xudafərin” və “Qız Qalası” ölkələrimiz üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür. İnanırıq ki, biz irəlidə daha çox körpülər inşa edəcəyik. Bizi birləşdirən layihələrimiz daha çox olacaq. Bütün planları həyata keçirmək üçün gələcəkdə də yaşadığımız bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır.

Nəbi İsgəndərov,

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar

İttifaqı Cəlilabad rayon Komitəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir