Cəmiyyət

“Location” klubundakı partlayışla bağlı məhkəmə istintaqı tamamlandı

Bakıda “Location” gecə klubundakı partlayışla bağlı təqsirləndirilən Ruslan Məmmədov, Orxan Səfərli və Rəsul Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən O.Səfərli qardaşı Elşən Səfərli şahid qismində ifadə verib. O, R.Rəsulovun vəkilinin suallarını cavablandırıb. O söyləyib ki, “Location” klubunda heç […]

Siyasət

Əli Əsədov Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Şişin Çen ilə görüşüb. Nazirlər Kabinetindən bildirilib ki, görüş zamanı Azərbaycan ilə AİB arasında uzunmüddətli səmərəli tərəfdaşlığın inkişafından məmnunluq ifadə edilib. Birgə həyata keçirilən layihələrin icra vəziyyəti, AİB-in 2024-2028-ci illəri əhatə edəcək ölkə üzrə tərəfdaşlıq strategiyasının əsas prioritetləri və əməkdaşlığın gələcək istiqamətləri müzakirə […]

İdman

Dünya çempionatı: Sərbəst güləşçilərimizin rəqibləri bəlli oldu

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında sərbəst güləş üzrə püşkatma mərasimi keçirilib. Azərbaycan Güləş Federasiyasından verilən məlumatına görə, tədbirdə təmsilçilərimizin də ilk rəqibləri müəyyənləşib. 57 kq Təsnifat. Əliabbas Rzazadə – Kim Sonqvon (Cənubi Koreya) 61 kq 1/8 final. İslam Bazarqanov – Reza Ahmadali Atreqanarçi (İran) / Beşir Alili (Şimali Makedoniya) cütünün qalibi 65 kq 1/8 […]

Müharibə

Müdafiə Nazirliyində hərbi attaşelər üçün brifinq keçirilib – FOTO

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri üçün sentyabrın 14-də mövcud vəziyyətlə bağlı növbəti brifinq keçirilib. Nazirlikdən evrilən məlumata görə, idarə rəisi general-mayor Hüseyn Mahmudov xarici ölkələrin hərbi nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatların cari vəziyyəti ilə bağlı məlumatlar verib. Qeyd olunub […]

Siyasət

Ərdoğan: “Təcavüzkar mövqeyini davam etdirən Ermənistan bunun nəticələri ilə üzləşəcək” – VİDEO

Azərbaycanın qələbəsi ilə nəticələnən müharibədən sonra baş verən Ermənistanın təxribatları qəbuledilməzdir. Bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Gənclər və İdman Nazirliyinin yeni yataqxanalar kompleksinin açılış mərasimində çıxış edərkən bildirib. “Bütün dünya bilməlidir ki, biz azərbaycanlı qardaşlarımızın yanındayıq. Təcavüzkar mövqeyini davam etdirən Ermənistan bunun nəticələri ilə üzləşəcək. Bir daha azərbaycanlı şəhidlərimizə rəhmət diləyirəm. Başda qardaşım […]

İdman

“Nant”ın baş məşqçisi: “Qarabağ” ölkədəki vəziyyətə görə daha istəkli oynayacaq”

“Təhlükə hər zaman var. Yaxşı komanda olduğumuzu sübut etməliyik. Bunun üzərində işləyirik”. “Report” un məlumatına görə, bunu Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib. “Heç vaxt azarkeşin matçı qazandığını görməmişəm. “Qarabağ”ın məşhur komanda olduğunu bilirik. Onlar ölkədəki vəziyyətə görə daha […]

Siyasət

Prezidentin köməkçisi: “Ermənistan artıq yuxulardan ayılmalıdır” – FOTO

“Revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur”. Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Ermənistan – Azərbaycan sərhədində son günlər baş verən hadisələrə münasibət bildirərkən deyib. O, bu barədə “Twitter” hesabında yazıb: “Allah şəhidlərimizə rəhmət eləsin! Ermənistanda həqiqi sülh tərəfdarları […]

İqtisadiyyat

Azərbaycanda maliyyə xidmətlərinin inkişafının əsas istiqamətləri AÇIQLANDI

“Azərbaycanın maliyyə sektorunun 2026-cı ilə qədər inkişafı strategiyası çərçivəsində ölkədə maliyyə inklüzivliyinin yüksəldilməsi gözlənilir”. “Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda artım perspektivləri” adlı forumda çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda bank və qeyri-bank təşkilatlarının maliyyələşdirilməsi strategiyasının yaradılması istiqamətində işlər aparılır: “Beynəlxalq Maliyyə […]

Siyasət

Amerika azərbaycanlılarından ABŞ rəhbərliyinə ÇAĞIRIŞ

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının etirazına səbəb olub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Koordinasiya Şurası (AAKŞ) 12 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edib. AAKŞ […]

Cəmiyyət

Şəhid Asiman İmamverdiyev torpağa tapşırıldı

Ermənistan tərəfinin təxribatları nəticəsində, şəhid olan İmamverdiyev Asiman Mehman oğlu Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. “Report”un məlumatına görə, ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olan Gəncə şəhər sakini Asiman İmamverdiyevlə vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhid Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Xeberal.az