İdman

Dünya çempionatı: Sərbəst güləşçilərimizin rəqibləri bəlli oldu

Sharing is caring!

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında sərbəst güləş üzrə püşkatma mərasimi keçirilib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumatına görə, tədbirdə təmsilçilərimizin də ilk rəqibləri müəyyənləşib.

57 kq

Təsnifat. Əliabbas Rzazadə – Kim Sonqvon (Cənubi Koreya)

61 kq

1/8 final. İslam Bazarqanov – Reza Ahmadali Atreqanarçi (İran) / Beşir Alili (Şimali Makedoniya) cütünün qalibi

65 kq

1/8 final. Hacı Əliyev – Beka Lomtadze (Gürcüstan) / Aqustin Destribats (Argentina) cütünün qalibi

70 kq

Təsnifat. Coşqun Əzimov – Temulen Enktuya (Monqolustan)

74 kq

1/16 final. Turan Bayramov – Miroslav Kirov (Bolqarıstan)

79 kq

1/16 final. Əşrəf Aşırov – Erik Reinbok (Estoniya)

86 kq

Təsnifat. Abubakr Abakarov – Həsən Zəkəriyev (Ukrayna)

92 kq

1/8 final. Osman Nurməhəmmədov – Straxinya Despiç (Serbiya) / Maksvell Lemar (Kosta Rika) cütünün qalibi

97 kq

1/8 final. Maqomedxan Maqomedov – Nişan Randhava (Kanada) / Erik Tilye (Almaniya) cütünün qalibi

125 kq

Təsnifat. Aydın Əhmədov – Den Çjivey (Çin)

Qeyd edək ki, dünya çempionatında sərbəst güləş yarışları sentyabrın 15-də start götürəcək. İlk gündə Əzimov, Aşırov, Abakarov və Əhmədov mübarizə aparacaq. Sentyabrın 16-da Rzazadə, Bayramov və Nurməhəmmədov, bir gün sonra isə Bazarqanov, Əliyev və Maqomedov xalça üzərinə çıxacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir