İdman

“Nant”ın baş məşqçisi: “Qarabağ” ölkədəki vəziyyətə görə daha istəkli oynayacaq”

Sharing is caring!

“Təhlükə hər zaman var. Yaxşı komanda olduğumuzu sübut etməliyik. Bunun üzərində işləyirik”.

“Report” un məlumatına görə, bunu Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.

“Heç vaxt azarkeşin matçı qazandığını görməmişəm. “Qarabağ”ın məşhur komanda olduğunu bilirik. Onlar ölkədəki vəziyyətə görə daha istəkli oynayacaqlar. Biz də yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”.

O, Liqa 1-lə və Avropa Liqası arasında fərq qoymadıqlarını əlavə edib.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir