Siyasət

Prezidentin köməkçisi: “Ermənistan artıq yuxulardan ayılmalıdır” – FOTO

Sharing is caring!

“Revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Ermənistan – Azərbaycan sərhədində son günlər baş verən hadisələrə münasibət bildirərkən deyib.

O, bu barədə “Twitter” hesabında yazıb:

“Allah şəhidlərimizə rəhmət eləsin! Ermənistanda həqiqi sülh tərəfdarları çoxluq təşkil etməyənə qədər region daim müharibə təhlükəsi altında qalacaq. Revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur! Ermənistan artıq yuxulardan ayılmalıdır!”

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir