Kriminal

93 min manat rüşvət almaqda təqsirləndirilən sabiq baş memarın şikayəti qəbul edilmədi

Sharing is caring!


Məhkəmə Lənkəran Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin sabiq müdiri, baş memar Elgün Abdullayev barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində bu gün keçirilən məhkəmə iclasında onun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, o, ötən ilin noyabr ayında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

E.Abdullayevi ötən ilin oktyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb.

İttihama görə, o, 93 min manat rüşvət alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir