Dünya

Kanada baş nazirindən açıqlama – Ölkədə “TikTok” bağlanır?

Sharing is caring!




Kanada hakimiyyəti ABŞ-dən sonra kanadalıların şəxsi məlumatlarının təhlükəsizliyini təmin etmək məqsədilə “TikTok” sosial şəbəkəsi ilə bağlı fəaliyyət variantlarını araşdırır.

Bu barədə Kanada Baş naziri Castin Tryudo Kvebek əyalətinə səfəri zamanı jurnalistlərə bildirib.

“ABŞ “TikTok”la bağlı növbəti addımlarını atdı. Biz də kanadalıların şəxsi məlumatlarının təhlükəsizliyini qorumaq üçün variantlarımızı araşdırırıq ki, düzgün seçim edə bilək”, – deyə Tryudo qeyd edib.

Xatırladaq ki, aprelin 20-də ABŞ Konqresi bir sıra qanun layihələrini, o cümlədən ölkədə “TikTok”un qadağan edilməsi təşəbbüsünü təsdiqləyib. Qanunverici orqanlar Çinin “ByteDance” şirkətinə sosial şəbəkəni satmaq üçün bir il vaxt verməyi təklif edirlər, əks halda “TikTok” ABŞ-də qadağan oluna bilər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir