İdman

Afrika Millətlər Kubokunda ilk finalçı məlum oldu – VİDEO

Sharing is caring!


Afrika Millətlər Kubokunun yarımfinalında Nigeriya və Cənubi Afrika yığmaları üz-üzə gəlib.

Oxu.Az xəbər verir ki, komandalar Buakedəki (Kot-d’İvuar) “Stad de la Pe” stadionunda oynayıblar. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayıb. Əsas və əlavə vaxtda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə nigeriyalılar daha güclü olub (4:2).

67-ci dəqiqədə müdafiəçi Uilyam Trost-Ekonq penalti zərbəsi ilə hesabı açıb. 88-ci dəqiqədə Teboho Mokoena penaltidən hesabı bərabərləşdirib. 115-ci dəqiqədə cənubi afrikalı Qrant Kekana sonuncu ümid foluna görə qırmızı vərəqə alıb.

Qeyd edək ki, digər yarımfinal cütlüyündə Kot-d’İvuar və Konqo DR komandaları qarşılaşacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir