Müharibə

Müdafiə Nazirliyi: “Sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır”

Bəzi sosial şəbəkə hesablarında guya xeyli sayda yaralılarımızın mövcudluğu və onlara qan lazım olması ilə bağlı əsassız məlumatlar paylaşılır. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur. Ehtiyac olarsa Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin […]

İdman

ÇL: “Milan” “Dinamo”nu əliboş saldı, “Şaxtyor” “Seltik”lə xalları yarı böldü – VİDEO

UEFA Çempionlar Liqasının qrup mərhələsində II tur davam edir. Oxu.Az xəbər verir ki, günün ilk iki oyunundan biri Milanda, digəri isə Varşavada baş tutub. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası İtaliyada “Milan”ın qonağı olub. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Mahir matçı ehtiyat oyunçular skamyasında izləyib. Ukraynadakı […]

İqtisadiyyat

AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Şiksin Çenlə görüşüb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazir ölkəmizin beynəlxalq maliyyə-iqtisadi qurumlarla, o cümlədən Asiya İnkişaf Bankı ilə əməkdaşlığa önəm verdiyini, Bankın maliyyə-texniki dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. AİB enerji, səhiyyə, təhsil, rəqəmsal inkişaf, risklərin idarə olunması sahələrində icra olunan regional layihələr çərçivəsində […]

Dünya

Vladimir Putinə qarşı sui-qəsd olub – İDDİA

Kremlin insayderləri iddia edirlər ki, Vladimir Putinə qarşı sui-qəsd cəhdi olub. Məlumata görə, Rusiya prezidentinin avtomobili sol ön təkərindən “sərt zərbə” alıb, ardınca isə “güclü tüstüləmə” baş verib. Avtomobil təhlükəsiz yerə aparılıb. Prezidentin özü isə xəsarət almayıb, belə ki, o, həmin avtomobillə deyil, ehtiyat kortejlə hərəkət edib. Bildirilir ki, məsələ iə bağlı artıq dövlət başçısının bəzi […]

Cəmiyyət

Bakının azad olunmasından 104 il keçir – FOTO

Sentyabrın 15-i Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündür. Oxu.Az tarixi günə qısa səfər edib. 104 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan əsgərləri Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad ediblər. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf […]

Kriminal

Şəmkirdə 29 yaşlı kişi bıçaqlandı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub. “Report”un məlumatına görə, hadisə Talış kəndində qeydə alınıb. Kənd sakini 1993-cü il təvəllüdlü E.Qarayev mübahisə zəminində bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Şəhid gizir Məhəmməd Məmmədov Biləsuvarda torpağa tapşırıldı – FOTO

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun giziri Məmmədov Məhəmməd Bilal oğlu dəfn edilib. “Report”un məlumatına görə, şəhid M.Məmmədov böyüyüb boya-başa çatdığı Biləsuvar rayonunun Ağalıkənd kəndində torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin doğmaları, sakinlər, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları […]

Cəmiyyət

Şəhid Ravil Hümbətovun bacısı: “Altı yaşında çıxdığı rayonumuza silahla geri qayıtdı”

“Qardaşım deyirdi ki, ya milli qəhrəman olacam, ya da general. Arzusu qismət olmadı”. Oxu.Az xəbər verir ki, bu sözləri şəhid Ravil Hümbətovun bacısı Sevda Babayeva qardaşının dəfn mərasimində mətbuata açıqlamasında deyib. O bildirib ki, qardaşı bu il komando təlimində birinci yerə çıxmışdı: “Ravil sevə-sevə hərbçi olmuşdu. Hərbi təlimlərə qatılırdı. Xüsusi təyinatlı idi. Baxmayaraq ki, tam […]

Dünya

“Bloomberg”: “Ən zəngin amerikalılar bir gündə 93 milyard dollar itiriblər”

Ən zəngin amerikalılar ümumilikdə 93 milyard dollar itiriblər. Çərşənbə axşamı Əmək Departamenti tərəfindən yeni inflyasiya rəqəmləri açıqlandıqdan sonra amerikalı zənginlərin səhmlərinin dəyəri azalıb. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. “Bloomberg” 2012-ci ilin mart ayından etibarən planetin ən varlı adamları haqqında məlumatların yer aldığı “Milyarderlər İndeksini” dərc edir. Agentliyin məlumatına görə, “Amazon”un qurucusu Ceff Bezosun sərvəti […]