Dünya

Rusiya Qara dənizdə beş “Kalibr” daşıyıcısı saxlayır: İnsanlara xəbərdarlıq edilib

“Rusiya işğalçıları Qara dənizə dörd suüstü və bir sualtı “Kalibr” daşıyıcısı gətiriblər. Düşmən Ukraynaya 36 qanadlı raketlə hücum edə bilər”. Bu barədə Ukraynanın “Cənub” Əməliyyat Komandanlığı məlumat yayıb. “Qara dənizdəki düşmən gəmi qruplaşması döyüş növbətçiliyində olan dörd yerüstü və bir sualtı “Kalibr” tipli raket daşıyıcısı da daxil olmaqla 16-ya qədər artırılıb”, – deyə bildirilib. Bundan […]

Müharibə

Səfirlik: Azərbaycan Ordusu tərəfindən hərbi hədəflərə qarşı cavab tədbirləri görülüb

“Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhədi yaxınlığında Laçın, Kəlbəcər, Daşkəsən rayonları istiqamətində Azərbaycana qarşı hərbi təxribata başlayıb”. “Report”un məlumatına görə, Azərbaycan Respublikasının Fransadakı səfirliyi Ermənistan silahlı qüvvələrinin hərbi təxribatana dair yerli jurnalistləri məlumatlandırmaq məqsədilə açıqlama yayıb. Sənəddə Azərbaycan Ordusu tərəfindən hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirildiyi bildirilir: “Azərbaycan Ordusu tərəfindən […]

Cəmiyyət

Valideynlərin NƏZƏRİNƏ: Sabahdan bağçalara uşaqların qəbulu sistemi işləməyəcək

Məktəbəqədər təhsil müəssisələrində qrupların komplektasiyası ilə bağlı bq.edu.az üzərindən müvəqqəti olaraq növbə yaratmaq mümkün olmayacaq. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu proses 15-22 sentyabr tarixlərində davam edəcək. 22 sentyabrdan isə qəbul sistemi yenidən aktivləşəcək və ilboyu fəaliyyət göstərəcək. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesi 22 iyul 2022-ci il tarixindən […]

Siyasət

Ceyhun Bayramov Blinkenin köməkçisi ilə telefonla danışıb

 Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında 14 sentyabr 2022-ci il tarixində növbəti telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində davam edən gərginlik barədə məlumat verib […]

Siyasət

Ermənilərin başında partlayan MİATSUM ARZUSU – VİDEO

Sonuncu Brüssel görüşündə sülhə qol qoyan ermənilərin bu gün Azərbaycanla yaratdığı gərginlik təəccüb doğurmur. Çünki Nikol Paşinyan hökuməti hər dəfə Rusiya və Avropanın vasitəçiliyi ilə baş tutan görüşlərdə pozitiv mesajlar verib, Ermənistana qayıtdıqdan sonra revanşist ritorikanı işə salırdı. Hətta bir müddət öncə ağılları 20-ci əsrin 80-cı illərinə gedən ermənilər “Miatsum” deyib küçələrə axışmışdılar. Millət vəkili Cavanşir Feyziyev Ermənistanın sülh danışıqlarını […]

Cəmiyyət

Övladını cəmi üç gün görən şəhidimiz II Fəxri xiyabanda torpağa tapşırılır

Bakının Yasamal rayon sakini, əslən Cəbrayılın Yarəhmədli kəndindən olan, 1987-ci il təvəllüdlü leytenant Ravil Mübariz oğlu Hümbətov da bu gün II Fəxri xiyabanda dəfn olunur. Oxu.Az xəbər verir ki, şəhid Ravil Hümbətov ailəli idi. Onun geridə iki azyaşlı övladı qalıb. Qeyd edək ki, şəhidimizə ikinci övladını cəmi üç gün görmək nəsib olub. Könül Cəfərli Xeberal.az

İdman

Fransa klubu “Qarabağ”la oyuna ciddi itki ilə çıxacaq

Fransanın “Nant” klubunun futbolçusu Şarl Traore Bakıda “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının G qrupunun II tur matçını buraxacaq. “Report” xəbər verir ki, malili müdafiəçi zədə səbəbindən oyunda iştirak edə bilməyəcək. Liqa 1 təmsilçisinin heyətində 30 yaşlı oyunçudan başqa, hər hansı itki yoxdur. Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də […]

Cəmiyyət

Elçin Sadıqovun həbsi ilə bağlı Vəkillər Kollegiyasından BƏYANAT

“Elçin Sadıqovun həbsi onun peşəkar hüquq müdafiə fəaliyyəti ilə bağlı deyil”. Bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yaydığı məlumatda bildirib. Məlumatda deyilir ki, Vəkillər Kollegiyası tam müstəqil təsisatdır və onun fəaliyyətinə bu və ya digər qaydada müdaxilə yolverilməzdir: “Vəkil E.Sadıqovun həbsi onun peşəkar hüquq müdafiə fəaliyyəti ilə bağlı deyildir. Bu məsələ ilə əlaqədar siyasiləşmiş, vəkilliyin ümumi […]

Siyasət

Komitə sədri: “Azərbaycan BMT-nin 51-ci maddəsinə uyğun olaraq öz təhlükəsizliyini qoruyur” – FOTO

“Azərbaycan BMT-nin 51-ci maddəsinə uyğun olaraq öz təhlükəsizliyini qoruyur və özünümüdafiə ilə məşğuldur”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Onun sözlərinə görə, sentyabrın 12-dən başlayaraq Ermənistan hərbi birləşmələrinin növbəti təxribatı nəticəsində gərginliyin yaranmasına, Azərbaycan hərbçilərinin şəhid olmasına, yaralanmasına birbaşa Ermənistanın hazırki hərbi-siyasi hakimiyyəti məsuliyyət daşıyır: “Qətiyyətlə […]

İqtisadiyyat

KOBİA ilə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası arasında memorandum imzalanıb – FOTO

Şuşa şəhərində İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının Müşahidə Şurasının sentyabrın 14-də iclası keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İclasda İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun 2022-ci ildə palata tərəfindən görülən işlər barədə məlumat […]