Dünya

Bayden: “Ukrayna xeyli irəliləyiş əldə edib, amma hələ yol uzundur”

ABŞ Prezidenti Co Bayden hesab edir ki, Ukraynada hadisələrin inkişafının hansı dönüş nöqtəsində olduğunu söyləmək hələ tezdir, lakin o, birmənalı olaraq Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu əhəmiyyətli irəliləyiş hesab edir. Bu barədə ABŞ lideri Delaver ştatına səfəri zamanı bildirib. “Ukraynadakı müharibədə hazırkı anı dönüş nöqtəsi hesab edirsinizmi?” sualına ABŞ lideri: “Hazırda bu sualın cavabı yoxdur. Demək çətindir”, – deyə […]

Dünya

İrəvanda etirazlar: Parlamentə hücum oldu – VİDEO

İrəvanda etirazçılar parlamentə hücum edərək onun qapılarını sındırmağa çalışıblar. Baş nazir Nikol Paşinyanın parlamentdəki çıxışından sonra Ermənistanda bəzi dairələr Azərbaycanla sülh gözləntiləri fonunda ciddi təşvişə düşüblər. Ölkədəki yeni mitinq dalğasının arxasında revanşist müxalifətin dayandığı şübhəsizdir. Eyni zamanda, cəbhədə döyüşlər davam edir.   Xeberal.az

Dünya

“Salvador Dali” polisi bıçaqlamağa cəhd etdi – VİDEO

Rusiyanın Vladivostok şəhərində bir gənc polisi bıçaqlamağa cəhd edib. O, Salvador Dali maskasında olub. İlkin ehtimallara görə, sosial şəbəkələrdə naməlum şəxslər ona bunun üçün xeyli məbləğdə pul verəcəklərini vəd ediblər. Gənc əvvəlcə polisin üzünə bibər qazı sıxıb, sonra isə bıçaqla vurmaq istəyib. Polis hücum cəhdinə tez reaksiya verib və müqavimət göstərib. O, gənci saxlamağa çalışıb. […]

Dünya

Somalidə 500 min uşaq ölüm riski ilə üz-üzədir

Somalidə qida çatışmazlığı səbəbindən 500 min uşağın ölüm riski ilə üzləşdiyi bildirilir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder ölkədəki ərzaq böhranı ilə bağlı mətbuata açıqlama verib. 2011-ci ildə Somalidə yaşanan ərzaq böhranı zamanı 340 min uşağın qida çatışmazlığından əziyyət çəkdiyini bildirən Elder bu il bu rəqəmin 500 mini keçdiyini vurğulayıb. Elder ərzaq […]

Cəmiyyət

Bakıda mağazada FACİƏ: 35 yaşlı kişi qəflətən öldü

Bakıda mağazada ölüm hadisəsi olub. Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu “8-ci kilometr” qəsəbəsində qeydə alınıb. Buradakı geyim mağazalarından birində 35 yaşlı Baxışəlizadə Ziyad Nəsir oğlu qəflətən dünyasını dəyişib. Onun ürəktutmasından öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

III Karl qəzəbləndi: “Buna nifrət edirəm” – FOTO/VİDEO

Böyük Britaniya Kralı III Karl mürəkkəbli qələmə görə əsəbini saxlaya bilməyib və söyüş söyüb. Hadisə monarx Şimali İrlandiyanın Daun qraflığında rəsmi kral iqamətgahı olan Hillsboro qalasında ziyarətçilər kitabına qeyd yazarkən baş verib. Bununla bağlı video sosial şəbəkələrdə yayılıb. Kadrlardan görünür ki, əvvəlcə III Karl səhv tarix yazıb, ancaq bunu başa düşərək köməkçisindən ayın tarixini soruşub. Sonra qələmin mürəkkəbi axıdaraq […]

Dünya

İstanbulda səkidə hərəkətsiz dayanan qadın polisi hərəkətə keçirdi – FOTO/VİDEO

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda şəxsiyyəti məlum olmayan əcnəbi qadın polisi hərəkətə keçirib. Beş saat səkidə gözləyən və danışmayan qadın polis qruplarının bütün cəhdlərinə baxmayaraq heç bir reaksiya verməyib. Qadın şəxsiyyəti müəyyənləşdirilmək üçün rayon polis idarəsinə aparılıb. Bildirildiyinə görə, qadın əvvəlcə küçədə sağa-sola hərəkət edib, sonra isə səkiyə çıxıb və hərəkətsiz şəkildə gözləməyə başlayıb. Ətrafdakı […]

Dünya

Pentaqon: “Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan təəccüblənənlər varsa, o, rusiyalılardır”

“Amerika Birləşmiş Ştatları Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücumuna təəccüblənmədi, lakin Rusiya ordusu üçün bu, gözlənilməz oldu”. Bunu Pentaqonda keçirdiyi brifinqdə ABŞ Müdafiə Nazirliyinin sözçüsü, general Pit Rayder bildirib. “Məncə, kimsə təəccübləndisə də, Rusiya hərbçilərinin reaksiyasını nəzərə alsaq, bu, yəqin ki, rusiyalılar idi”, – deyə general qeyd edib. Rayder vurğulayıb ki, ABŞ lap əvvəldən ukraynalıların diqqətəlayiq […]