Cəmiyyət

Şəhid İsmayıl Budaqlı Sabirabadda dəfn edildi – FOTO

Sharing is caring!

Şəhid İsmayıl Budaqlının nəşi torpağa tapşırılıb.

“Report”un məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhadətə ucalan, 24 yaşlı Budaqlı İsmayıl Məhərrəm oğlunun nəşi doğulduğu Axtaçı-Muğan kəndinə gətirilib.

Şəhidlə boya-başa çatdığı evdə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin yaxınları, rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyətin
nümayəndələri iştirak ediblər.

Şəhid İ.Budaqlı kənd qəbristanlığında torpağa tapşırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir