Müharibə

RF Müdafiə Nazirliyi: Qarabağda təmas xətti boyunca atəşkəs müşahidə olunur

Qarabağda təmas xətti boyunca atəşkəs müşahidə olunur. “RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov brifinqdə bildirib. O, həmçinin əldə edilmiş razılaşmalara uyğun olaraq, Şuşada Rusiya sülhməramlılarının iştirakı ilə ölənlərin meyitlərinin mübadiləsi prosesinin başlandığını bildirib. Konaşenkov mümkün insidentlərin qarşısının alınması üçün Rusiyanın Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahları […]

İdman

“Qarabağ” növbəti ev oyununu da Türkiyədə keçirəcək

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin IV turunda Türkiyə “Sivasspor”una qarşı keçirəcəyi ev matçının məkanı müəyyənləşib. UEFA-nın rəsmi saytı xəbər verir ki, noyabrın 26-dakı qarşılaşma Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda təşkil olunacaq. “Qarabağ” daha əvvəl “Sivasspor”la matçın Bakıda keçirilməsi üçün Avropa futbol qurumuna müraciət edib. Ağdam təmsilçisi II turda İspaniya “Vilyarreal”ına eyni arenada 1:3 […]

Xarici siyasət

Kamran Əliyev Türkiyə nümayəndə heyəti ilə görüşdə Qarabağda sülhməramlı missiyanı müzakirə edib – FOTO

Baş Prokuror Kamran Əliyev Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyyəti ilə görüşüb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Kamran Əliyev Türkiyə və Azərbaycanın birgə fəaliyyətinin bölgədə sabitləşdirici amilə çevrilməsi nəticəsində bölgə üçün və dünya üçün böyük əhəmiyyət daşıyan enerji, nəqliyyat layihələrinin həyata keçdiyini qeyd edərək bu […]

Sosial

Məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra 3 il müddətinə müavinət alacaqlar

“Azərbaycanda məcburi köçkün və qaçqınlarla bağlı iki qanun mövcuddur. Onlardan biri “Məcburi köçkün və qaçqınların statusu haqqında” digəri isə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” qanunlardır”. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. Onun sözlərinə görə, həmin qanunlara uyğun olaraq […]

Gündəm

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Ordusunun qələbəsinə həsr olunan videoçarx hazırladı

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki qələbəsinə həsr olunan videoçarx hazırlayıb. Xəbəral.az xəbər verir ki, videoçarx qurumun rəsmi tvitter səhifəsində paylaşılıb. “Bu video Dağlıq Qarabağda böyük bir zəfər əldə edərək bizi qürurlandıran Azərbaycan türkü qardaşlarımıza və onların qəhrəman ordusunun qəhrəman əsgərlərinə həsr olunur…”, – paylaşımda qeyd olunub.(report.az)  

Cəmiyyət

“Qaçqınkom”: Məcburi köçkünlərin geri qayıtması könüllülük əsasında aparılacaq

“Məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq əzmindədir. Təbii ki, məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələsi könüllülük əsasında aparılacaq”. Xəbəral.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. “Biz əminik ki, cənab Prezidentimizin də qeyd etdiyi kimi, məcburi köçkün soydaşlarımız üçün işğaldan azad olunmuş doğma […]

İqtisadiyyat

Azərbaycanda muzdla çalışan işçilərin sayı artıb

2020-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 min nəfər və ya 2,6 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, muzdla çalışan 1 milyon 681,6 min işçidən 908 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 773,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 19,4 faizi […]

Ölkə

Sabah hava çiskinli olacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, noyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskinli olacağı, axşama doğru  isə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 12-14, Bakıda gecə 7-9, […]