Təhsil

Təhsil Nazirliyindən payız tətili ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyi şagirdlərin 2020-2021-ci tədris ili üzrə planlaşdırılan payız tətili ilə bağlı açıqlama verib. Nazirlikdən verilən məlumata görə, noyabrın 16-dan orta məktəblərdə şagirdlərin beş gün payız tətili olmalı idi. Lakin oktyabrın ortalarında pandemiya ilə əlaqədar şagirdlərə noyabrın 2-dək iki həftəlik tətil verildiyindən noyabrın 16-dan payız tətili olmayacaq. Noyabrın 16-dan şagirdlər distant formada təhsillərini davam etdirəcəklər. […]

Təhsil

İşğaldan azad olunan torpaqlarımızda təhsil sahəsi üzrə tədbirlər planı hazırlanır – FOTO

Noyabrın 14-də Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüşüb. Görüşdə nazir 44 gün davam edən Vətən müharibəsinin şanlı zəfərlə yekunlaşması münasibətilə Şura üzvlərini təbrik edib, Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfalar diləyib. Sonra Təhsil naziri Emin Əmrullayev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzündən danışıb, müxtəlif şəhər […]

Media

Azərbaycan Jurnalistlər Şəbəkəsi: Erməni lobbisi medianı hədəfə almaqda davam edir

Ermənistanın işğalçılıq siyasətini, təcavüzkarlığını, terrorçu dövlətin Azərbaycanın dinc əhalisinə qarşı təxribatlarını, terror aktlarını ifşa edən, ölkəmizin ədalətli mövqeyini işıqlandıran xarici media orqanları erməni lobbisi tərəfindən hədəfə alınır, onlar ölümlə təhdid edilir. Erməni lobbisi hətta neytral, balanslı mövqe nümayiş etdirən, onların maraqlarına cavab verməyən medianı, siyasətçiləri, ictimai fəalları hədəfə almaqda davam edir. Ən qəribəsi odur ki, […]

Hadisə

ANAMA-nın əməkdaşı işğaldan azad edilmiş rayonda minaya düşdü – RƏSMİ

Xəbər verildiyi kimi, Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni metodlardan istifadə edib dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.Baş Prokurorluqdan verilən məlumata görə, bu gün saat 19.00 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Füzuli rayonuna ezam olunmuş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə […]

Dünya

Qətərdə həmvətənlərimiz avtoyürüş təşkil edib – FOTO

Azərbaycanın şanlı qələbəsi münasibətilə Qətərdəki Azərbaycan diasporunun təşəbbüsü ilə Doha şəhərində avtoyürüş təşkil edilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Azərbaycan, Türkiyə və Qətər bayraqlarının dalğalandırıldığı tədbirdə uşaqdan böyüyə hər kəs “Şuşa Azərbaycandır”, “Qarabağ Azərbaycandır”, “Biz qalibik” kimi şüarlar nümayiş etdiriblər. Həmvətənlərimiz Qarabağın gözü olan Şuşa şəhərində, eyni zamanda işğaldan azad olunmuş digər […]

AKTUAL

Türkiyə Parlamenti Ermənistanın Azərbaycana qarşı cinayətlərini araşdırır

Türkiyə Böyük Millət Məclisinin (TBMM) İnsan Hüquqları Komissiyası 2020-ci il sentyabrın 27-dən sonrakı dövrdə Ermənistanın raket və artilleriya hücumları nəticəsində Azərbaycan sakinlərinin hüquqlarını pozması faktları ilə bağlı istintaq başladıb. “Anadolu” agentliyi xəbər verir ki, bu barədə komissiya rəhbəri Hakan Çavuşoğlu bildirib. Onun sözlərinə görə, Türkiyə Parlamentində Ermənistanın hüquq pozuntusu ilə bağlı xüsusi Alt Komitə yaradılıb. “Azərbaycanın yaşayış məntəqələrinin […]

Xarici siyasət

Ceyhun Bayramov: Fransa neytrallığını qorumalıdır – FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri, Azərbaycan-Fransa Dostluq Qrupunun sədrinin üç müavini və bir katibindən ibarət nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən məlumat verilib. Xarici işlər naziri Ceyhun Bayramov hazırkı səfərin, habelə səfər çərçivəsində deputatların Gəncə şəhərinə baş çəkməsinin, mülki əhalinin Ermənistan tərəfindən məqsədli şəkildə […]

Müharibə

Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi başa çatır

Qarabağdakı atəşkəs razılaşması həyata keçirilir, hərbi əməliyyatlar yoxdur. “RİA Novosti”nin məlumatına görə, bu barədə Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrin komandanı general-leytenant Rüstəm Muradov bildirib. Onun sözlərinə görə, vəziyyət tədricən sabitləşir. General-leytenant həmçinin Qarabağda Rusiya hərbçilərinin müşahidə məntəqələrinin yerləşdirilməsinin noyabrın 14-də başa çatacağını bildirib. “Mərkəzi hərbi dairənin 15-ci əlahiddə motoatıcı briqadanın sülhməramlı  briqadası bu gün təmas xətti boyunca […]

İqtisadiyyat

Naxçıvanla quru əlaqələrin təmini ölkə üçün hansı imkanları yaradacaq? – ŞƏRH

Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan bəyanatda Naxçıvan Muxtar Respublikası ilə iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi haqqında müddəa yer alıb. Razılaşmanın bu bəndi regionda nəqliyyat-kommunikasiya sisteminin bərpası və beynəlxalq nəqliyyat-logistika sistemində Azərbaycanın mövqeyinin güclənməsinə təkan verəcək. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Aminə Bayramova bildirib. Onun sözlərinə görə, Naxçıvan ilə quru […]

Bölgə

FHN Suqovuşan su anbarını mühafizəyə götürüb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarını mühafizəyə götürüb. FHN-dən verilən məlumata görə, su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejiminin tətbiqinə başlanılıb. Qeyd edək ki, Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan kəndi və su […]