İqtisadiyyat

Azərbaycanda muzdla çalışan işçilərin sayı artıb

Sharing is caring!

2020-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 min nəfər və ya 2,6 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, muzdla çalışan 1 milyon 681,6 min işçidən 908 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 773,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,4 faizi təhsil, 18,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,1 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 8,1 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,2 faizi isə iqtisadiyyatın digər sahələrində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir