Cəmiyyət

Şağandakı Reabilitasiya Pansionatı bu ilin sonunadək istifadəyə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsindəki Reabilitasiya Pansionatında aparılan əsaslı təmir və yenidənqurma işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi məlumat yayıb. “Burada kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün yüksək standartlar səviyyəsində şərait yaradılır. Müəssisə müasir avadanlıqlarla, tibbi-reabilitasiya əhəmiyyətli aparat və cihazlarla da təmin olunacaq”, […]

Dünya

Heydər Əliyev Fondu Vatikandakı barelyefi bərpa etdi

Heydər Əliyev Fondu Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin bərpasını başa çatdırıb. Layihə 2019-cu ilin fevral ayında Fond ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilib. Xatırladaq ki, bu il fevralın 22-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri çərçivəsində “Roma Papası I Leon ilə […]

AKTUAL

Küveytdə Azərbaycanın tarixi qələbəsinə həsr olunmuş avtoyürüş keçirilib – FOTO

Azərbaycanın Küveytdəki “Vətənsevər” diaspor təşkilatının sədri Könül Hacızadənin təşəbbüsü ilə Əl-Küveyt şəhərində Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi münasibətilə avtoyürüş keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Azərbaycan, Türkiyə və Küveytin bayraqları ilə bəzədilmiş avtomobillər və motosikletlər Küveyt qüllələrinin yanından başlayaraq şəhərin mərkəzi küçələri boyunca hərəkət ediblər. Küveytdəki Azərbaycan icmasının iştirakı ilə təşkil […]

İqtisadiyyat

Azərbaycanın məhsullarının ixrac olunduğu ölkələr açıqlanıb

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard 830,3 milyon ABŞ dollarını təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 22 faiz azalıb. Bu dövr ərzində ölkədən 10 milyard 6,8 milyon dollar həcmində məhsul ixrac edilib (2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 10 faiz azalma) ki, bu ticarət dövriyyəsinin 56,1 faizini […]

Mədəniyyət

Armen Ciqarxanyan vəfat edib

SSRİ-nin xalq artisti Armen Ciqarxanyan 86 yaşında vəfat edib. Bu barədə “RİA Novosti” xəbər yayıb. “Görkəmli sənətkar və lider, adını daşıyan teatrın rəhbəri Armen Borisoviç Ciqarxanyan öldü”, – deyə məlumatda bildirilib. Onun ölümünün səbəbi dəqiqləşdirilməyib. Qeyd edək ki, artist hər zaman Azərbaycana qarşı isti münasibəti ilə fərqlənib. Müsahibələrinin birində o, Bakıda dəfələrlə səfərlərdə olduğunu, qastrollarda çıxış […]

Müharibə

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan hərbçilərin cəsədlərinin mübadiləsi həyata keçirilib

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədlərinin toplanılması həyata keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib. Həmçinin, aksiya çərçivəsində Şuşa şəhəri […]

İqtisadiyyat

Azərbaycanda ÜDM 3,8 faiz azalıb

2020-ci ilin yanvar-oktyabr aylarında ölkədə 58 milyard 469,5 milyon manat həcmində ümumi daxili məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azdır. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,3 faiz, neft-qaz sektorunda isə 6,3 faiz azalıb. ÜDM istehsalının 34,2 faizi sənaye, 11,5 faizi ticarət, nəqliyyat vasitələrinin […]

Dünya

Qırmızı Xaç Komitəsi Qarabağda humanitar məsələlərlə bağlı Rusiya ilə əməkdaşlığın inkişafında maraqlıdır

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağla əlaqəli humanitar məsələlərdə Rusiya ilə əməkdaşlığın inkişafında maraqlıdır. Bu barədə BQXK-nın rəsmi nümayəndəsi Rut Heterinqton bildirib. Onun sözlərinə görə, təşkilatın prezidenti Peter Maurer RF Xarici İşlər naziri Serqey Lavrovun dəvəti ilə noyabrın 17-də Moskvaya rəsmi səfər edəcək: “Dağlıq Qarabağdakı humanitar vəziyyət müzakirə ediləcək məsələlərdən biridir. BQXK humanitar mövzularda […]

Sənaye və energetika

“Azeri Light” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Qlobal “Oil Price” portalının verdiyi məlumata əsasən, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,58 dollar və ya 1,28 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 44,88 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimuma enərək 15,81 dollar, 2008-ci ilin […]

Dünya

13 qadını qətlə yetirən manyak koronavirusdan öldü

Böyük Britaniyada silsilə qətllər törədən Piter Satkliff koronavirusdan ölüb. Bununla bağlı Vesti.ru məlumat yayıb. O, 1970-ci illərdə 13 qadını öldürməkdə və yeddisinə qarşı sui-qəsddə təqsirli bilinərək, ömürlük azadlıqdan məhrum edilmişdi. Bildirilib ki, iki həftə əvvəl P. Satkliff koronavirus diaqnozu ilə həbsxananın tibb məntəqəsinə yerləşdirilib. Qeyd edək ki, Piterin öldürdüyü və sui-qəsd təşkil etdiyi qadınların hamısı […]