Dünya

Qırmızı Xaç Komitəsi Qarabağda humanitar məsələlərlə bağlı Rusiya ilə əməkdaşlığın inkişafında maraqlıdır

Sharing is caring!

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağla əlaqəli humanitar məsələlərdə Rusiya ilə əməkdaşlığın inkişafında maraqlıdır.

Bu barədə BQXK-nın rəsmi nümayəndəsi Rut Heterinqton bildirib.

Onun sözlərinə görə, təşkilatın prezidenti Peter Maurer RF Xarici İşlər naziri Serqey Lavrovun dəvəti ilə noyabrın 17-də Moskvaya rəsmi səfər edəcək:

“Dağlıq Qarabağdakı humanitar vəziyyət müzakirə ediləcək məsələlərdən biridir. BQXK humanitar mövzularda narahatlıq yaradan məsələlərdə fikir mübadiləsini gözləyir”.

Heterinqton bildirib ki, BQXK həmçinin münaqişə zamanı saxlanılan şəxslərin və öldürülənlərin cəsədlərinin qaytarılmasında təşkilatın bitərəf vasitəçi rolunu gücləndirmək üçün praktik modallığı müzakirə etmək niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir