Müharibə

RF Müdafiə Nazirliyi: Qarabağda təmas xətti boyunca atəşkəs müşahidə olunur

Sharing is caring!

Qarabağda təmas xətti boyunca atəşkəs müşahidə olunur.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov brifinqdə bildirib.

O, həmçinin əldə edilmiş razılaşmalara uyğun olaraq, Şuşada Rusiya sülhməramlılarının iştirakı ilə ölənlərin meyitlərinin mübadiləsi prosesinin başlandığını bildirib.

Konaşenkov mümkün insidentlərin qarşısının alınması üçün Rusiyanın Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahları ilə daim əlaqədə olduğunu vurğulayıb.

RF Müdafiə Nazirliyinin nümayəndəsi həmçinin Rusiyanın sülhməramlı qrupunun bölmələrinin İl-76 və An-124 hərbi nəqliyyat təyyarələri ilə köçürülməsinin davam etdiyini, son bir gündə 22-i olmaqla cəmi 95 uçuşun həyata keçirildiyini deyib.

Konashenkov əlavə edib ki, Rusiya sülhməramlı qüvvələri Xankəndidə yerləşdirilən komanda məntəqəsindən idarə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir