Bölgə

FHN Suqovuşan su anbarını mühafizəyə götürüb

Sharing is caring!

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarını mühafizəyə götürüb.

FHN-dən verilən məlumata görə, su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejiminin tətbiqinə başlanılıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan kəndi və su anbarı erməni işğalından azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir