Dünya

Zelenski: “Rusiya müharibənin sonuna kimi gəmisiz qala bilər”

“Rusiya Qara dənizdəki Ukrayna limanlarını blokadaya aldıqdan sonra Ukrayna sübut etməlidir ki, onun ərazi sularında ticarət etmək hüququ var”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Latın Amerikası mediasına müsahibəsində deyib. Dövlət başçısının sözlərinə görə, blokada davam edərsə, o zaman Ukrayna öz sularının blokadasına son qoymağın başqa yolunu tapmalıdır. Zelenski qeyd edib ki, Rusiya Federasiyası Qara dənizdə hökmranlıq […]

Dünya

Türkiyə lirəsindən yeni antirekord

Türkiyə milli valyutası dollar qarşısında ucuzlaşaraq 27,01 lirəyə düşüb. Ticarət sessiyası ərzində yeni rekorda imza atılıb. Qeyd edək ki, türk lirəsi son bir neçə həftədir ki, 26,95 səviyyəsində ticarət olunur. Ucuzlaşmanın davam edəcəyi ehtimal olunur. Xeberal.az

Dünya

Ərdoğan: “Türkiyə FETÖ virusundan təmizlənənədək mübarizəni davam etdirəcəyik”

“Dövlətimiz FETÖ virusundan təmizlənənədək onunla mübarizəni davam etdirəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin 3,5 saat davam edən iclasından sonra mediaya açıqlamasında bildirib. O, öz ölkəsinin inkişafı üçün çalışan hər bir vətəndaşa səslənərək deyib ki, insanlar kimi, dövlətlər də həyatlarında dalğalanmalar yaşaya bilərlər. “İstər daxili, istərsə də regional böhranlar kimi bəzi problemlər müvəqqəti […]

Dünya

“Oppenheymer” İkinci Dünya müharibəsi haqqında ən çox gəlir gətirən film oldu

Kristofer Nolanın “Oppenheymer” bioqrafik trilleri dünya üzrə 500 milyon dollar qazanıb. O, indiyədək ən çox gəlir gətirən İkinci Dünya müharibəsi filmi olan Maykl Beyin 2001-ci ildə ekranlara çıxmış “Pörl Harbour”unu geridə qoyub. Baş rolda Killian Mörfinin çəkildiyi “Oppenheymer” ilk dəfə iyulun 21-də yayımlanıb. Əsər atom bombasının yaradıcısı, ABŞ-dən olan fizik Robert Oppenheymerin həyatından bəhs edir. […]

Dünya

Ukraynada din xadiminin sərbəst buraxılması üçün 900 min dollar girov ödənildi

Kiyev-Peçersk Lavrasının həbsdə olan canişini mitropolit Pavel azad edilib. Bu barədə onun vəkili Nikita Çekman “Telegram” kanalında bildirib. Din xadimi üçün 900 min dollardan çox girov ödənilib. Vəsaiti mindən çox insan toplayıb. Metropolit öz növbəsində onun azad edilməsində əməyi olan hər kəsə təşəkkür edib və din qardaşlarını birliyi qorumağa çağırıb. Xatırladaq ki, mitropolit Pavel məzhəblərarası ədavəti […]

Dünya

Rusiyadakı nasist düşərgəsinin yerində yüzə yaxın cəsədin qalıqlarını tapıldı

Leninqrad vilayətinin Volosovski rayonunda keçmiş faşist “Dulaq-102” konsentrasiya düşərgəsinin yerində 100-ə yaxın cəsədin qalıqları aşkar edilib. Rusiya İstintaq Komitəsinin Leninqrad vilayəti üzrə İstintaq İdarəsinin Mətbuat Xidməti bildirib ki, ilkin məlumatlara görə, ərazidə iki minə qədər edam edilmiş məhbusun cəsədi ola bilər. Qeyd olunur ki, cəsədlərin qalıqları ilə bərabər şəxsi əşyaların və geyimlərin fraqmentləri də aşkar […]

Dünya

Ötən il vəfat edən rejissorun meyiti Moskvadakı mənzilində tapıldı

Rusiyalı teatr rejissoru Svetlana Cimbinovanın meyiti Moskvanın Universitetski prospektindəki mənzilində tapılıb. Bu barədə yerli hüquq-mühafizə orqanlarından məlumat verilib. “İlkin məlumata görə, qadın ötən il dünyasını dəyişib. Onun yoxluğu ilə qonşuları maraqlanıb və polisə müraciət ediblər”, – məlumatda bildirilib. Vurğulanıb ki, qadın təbii səbəblərdən ölüb. Cəsədin üzərində zorakılıq izlərinə rast gəlinməyib. Qeyd edək ki, Svetlana Cimbinova […]

Dünya

MDB Oyunları: Azərbaycanın çimərlik futbolu yığması qələbə qazandı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan II MDB Oyunlarında növbəti matçını keçirib. “Report”un məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılaşan yığma 7:3 hesablı qələbə qazanıb. Sabir Allahquliyevin dubl etdiyi görüşdə digər qolları İsa Zeynallı, Ramil Əliyev, Elçin Qasımov, Orxan Məmmədov və Elşad Manafov vurublar. Milli komanda turnirdə növbəti oyununu avqustun […]

Dünya

Krasnodarda keçmiş “vaqnerçi”ləri öldürən ermənilər saxlanılıblar – FOTO

Rusiya Federasiyasının Krasnodar vilayətində Şimal Hərbi Dairəsinin iki veteranını (keçmiş “vaqnerçi”lər) döyərək öldürən dörd nəfər saxlanılıb. Şənbə günü səhər saat 3 radələrində Tuapse rayonunun növbətçi hissəsinə çayın sahilində yerləşən Dederkoy kəndində dava olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları dava aşkar etməsələr də, onun nəticələrini – zorakılıqla ölüm əlamətləri olan 37 […]

Dünya

Ermənistan rəsmisi iranlı həmkarını “İŞİD-in Ali Milli Təhlükəsizlik Şurasının sədri” adlandırdı – FOTO

Ermənistanın Milli Təhlükəsizlik Şurasının sədri iranlı həmkarını “İŞİD-in Ali Milli Təhlükəsizlik Şurasının sədri” adlandırıb. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Əkbər Əhmədiyanla telefon danışığı aparıb. Məlumata görə, tərəflər iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Maraqlıdır ki, Qriqoryan öz rəsmi səhifəsində […]