Dünya

Zelenski: “Rusiya müharibənin sonuna kimi gəmisiz qala bilər”

Sharing is caring!


“Rusiya Qara dənizdəki Ukrayna limanlarını blokadaya aldıqdan sonra Ukrayna sübut etməlidir ki, onun ərazi sularında ticarət etmək hüququ var”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Latın Amerikası mediasına müsahibəsində deyib.

Dövlət başçısının sözlərinə görə, blokada davam edərsə, o zaman Ukrayna öz sularının blokadasına son qoymağın başqa yolunu tapmalıdır.

Zelenski qeyd edib ki, Rusiya Federasiyası Qara dənizdə hökmranlıq etməkdə davam edər və raket atmaqla liman infrastrukturunu bloklayarsa, o zaman Ukrayna da eyni şeyi edəcək ki, bu da Ukraynanın imkanlarının ədalətli müdafiəsidir.

Prezident əlavə edib ki, Ukraynanın “silahı çox deyil”, lakin işğalçılar atəş açmağa davam etsələr, “müharibənin sonuna qədər onlar gəmisiz qala bilərlər”.

“Bizim onlara göstərmək istədiyimiz budur”, – deyə Zelenski yekunlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir